1 yaşa qədər olana hansı oyuncaqlar məsləhətdir?

1 yaşa qədər olana hansı oyuncaqlar məsləhətdir? - 1

Doğru oyuncaq seçimi 1 yaşdan kiçik uşaqların beyin inkişafına yardım edib tez öyrənməsinə kömək edir. Bəs bu yaşda uşaqlarahansıoyuncaqlar alınmalıdır? Aile.lent.az bununla bağlı valideynlərə bəzi məsləhətlər təqdim edir.

Uşaqların ən yüksək səviyyədə inkişaf etdiyi dövr 0-2 yaş arasıdır. Buna görə bu dövrdə uşağınızın hərəkətlərini aktiv hala gətirə bilmək sizin əlinizdədir. Duyğularının formalaşdığı və reaksiyalarının beyin inkişafı ilə əlaqəli olduğu 1 yaşdan kiçikdövrdəuşağınızı yatızdırarkən, çimizdirərkən belə, hərəkətlərinin formalaşması üçün oyuncaqlardan istifadə etməlisiniz.

Ancaq oyuncaq seçimi edərkən uşağınıza zərər verməyəcək və inkişafına, böyüməsinə mənfi təsir etməyəcək oyuncaqlar seçməlisiniz.1 yaşdan kiçik uşaqlar üçün bəzi oyuncaqların təhlükəli ola bilmə ehtimalını unutmayın.

Körpə doğulduğu aydan beşiyə asılan musiqili, rəngarəng oyuncaqlar körpənin görmə, eşitmə qabiliyyətinin formalaşması baxımından çox mühümdür.

Zınqırovlar körpənin əl, ağız və göz koordinasiyasının inkişafını təmin edir. Oyuncaq seçərkən səsli, asan yuyulan, dişləyəndə qopmayanları seçin.

Uşağınızın bütün duyğu orqanlarının fəallığının artırılması üçün rəngarəng, işıqlı və səsli oyuncaqlar alın. Oyuncaq körpənin əl ilə tuta biləcəyi, dişləyəndə qopmayacaq orta yumşaqlıqda olmalıdır. Çimərkən də oynaya biləcəyi plastikoyuncaqlar seçə bilərsiniz.

Oynaması üçün kiçik və yüngül bir top alın. Topun ardınca getməklə iməkləməsi də formalaşar. Iç-içə keçən halqa şəklində oyuncaqlar beyin inkişafını təmin edir. Oyuncağın tüklü olmamasına diqqət edin.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed