Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Hava şarında kosmosa uçuş reallaşır

Shagird.az - Hava şarında kosmosa uçuş reallaşır (No description)- Maraqlıdır

Barselonada yerləşən zero2infinity şirkəti bütü arzu edənlərə "yaxın kosmosa" uçuş biletlərini sifariş verməyi təklif edir. Firma 110 min avro qarşılığında turisti hava şarında 36 kilometr hündürlüyə qaldırmağı öhdəsinə götürür.
İspan layihəsi bloon adlanır və "heç bir yanacaq, səs-küy və tullantı olmadan ekoloji təhlükəsiz üsulla kosmosa qalxmaq" kimi təqdim olunur.
Layihəçilər dörd nəfər turist və iki ekipaj üzvünü qaldıran, hava ilə doldurulan modul inşa edəcəklər. Bu "səbəti" stratosferə helium ilə doldurulmuş hava şarı qaldıracaq. Yerə qayıtmaq üçün səyahətçilər heliumu boşaldıb şarı buraxacaqlar və şarın əvəzinə paraşüt açılacaq. İnhabitat-ın verdiyi məlumata görə, səkkiz ədəd hava ilə doldurulmuş yastıq təhlükəsiz enməni təmin edəcək.

Shagird.az - Hava şarında kosmosa uçuş reallaşır (No description)- Maraqlıdır

Uçuş təxminən üç saat çəkəcək. Sərnişinlərə nahar və içkilər təklif ediləcək (zero2infinity-nin illüstrasiyaları).
Zero2infinity bortda insan olan ilk uçuşu 2012-ci ildə yerinə yetirməyi, 2015-ci ilədək isə 36 kilometr yüksəkliyə daimi turist reysləri təşkil etməyi planlaşdırır. İrimiqyaslı prototipin – İspaniyanın futbol üzrə yığma komandasının kiçik nümunəsinin keçən ilki test uçuşu ispanlarda bu ideyanın yerinə yetirilməsinə inam yaradır.

Tərcümə etdi: Cambulat

Mənbə: http://gizmod.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 2364 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__2099240 (Əlavə edilib: 26.04.2014 15:24:16)
Bunu ilk defe Baumqarten edib
Müəllif:very_cleverboy (Əlavə edilib: 08.03.2014 13:03:30)
eladir tay biz goylerde seyahet edeciyik
Müəllif:raf_offical (Əlavə edilib: 07.01.2013 20:31:12)
supperdi Inwallah bizede qismet olar)))
Müəllif:TRE (Əlavə edilib: 29.11.2012 19:51:55)
ede qonaq_39596 qorxarsan
Müəllif:qonaq_39596 (Əlavə edilib: 11.01.2012 17:57:32)
oooo eladi men de isteyirem

Öz şərhinizi yazın

Bağla
.....