Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

"Google effekti" və insan yaddaşı

Shagird.az - "Google effekti" və insan yaddaşı (No description)- Maraqlıdır

İnternetdən istifadə edən hər bir kəs məlumat axtararkən internet axtarış sistemlərindən istifadə edir. Onlardan ən çox istifadə edilən bunlardır: Google, Bing, Yahoo və s. Müasir dövrdə Google-nun axtarış sistem kimi ən çox istifadə edildiyi də bir faktdır. İnsanlarda belə bir fikir yaranıb ki, nə lazım olsa onu Google-nun köməyilə tapmaq olar, yetər ki, internetə çıxış olsun. Beləliklə, Google həyatımızın bir hissəsinə çevrilib. İnternet istifadəçiləri öz yaddaşlarında məlumat saxlamaq əvəzinə Google-da axtarmağa üstünlük verirlər.

Shagird.az - "Google effekti" və insan yaddaşı (No description)- Maraqlıdır

Kolumbiya universitetinin alimləri elmi jurnal "Science"-də "Google Effekti" adlı bir məqalə dərc edib. Bir sıra tədqiqatlar və sınaqlar keçirərək alimlər sübut edib ki, insanlar aldığı informasiyanı yaddaşlarında saxlamaq əvəzinə internetdə axtarmağı üstün tuturlar. Həmin informasiyaların tərkibinə çətin yadda qalan elmi ixtiralarla yanaşı ən asan olan riyazi düsturlar və sözlərin yazılışları da daxildir.

Shagird.az - "Google effekti" və insan yaddaşı (No description)- Maraqlıdır

Psixoloq Betsi Sperrounun fikrincə, tədqiqat nəticələrindən aydın olur ki, insanlar könüllü olaraq öz yaddaşlarından imtina etmirlər, onlar sadəcə informasiyanı tapma bacarığını yaddaşda saxlama bacarığı ilə əvəz edirlər. Sınaqlar zamanı, çox könüllülər transaktiv yaddaşdan istifadə etməyə üstünlük verdiklərini nümayiş etdilər. Bu isə onu göstərir ki, onlar informasiyanı yadda saxlamaq əvəzinə, onu kompüterdə fayl formatında yazaraq saxlayırlar. Yazılan informasiya əvəzinə, onlar informasiya olan faylın və qovluğun adını yadda saxlamaqla kifayətlənirlər. Bu vəziyyətdə, elektron qurğular insanın "xarici yaddaş qurğusu" rolunu oynayır və beləliklə beyin yüklənməyir.

Tərcümə etdi: Admin

Mənbə: http://gizmod.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 2284 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....