Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İlbiz zəhəri və ağrıkəsici...

Shagird.az - İlbiz zəhəri və ağrıkəsici... (No description)- Maraqlıdır

Queensland Healthin dörd xüsusi mükafatından ikisini ölümcül təhlükəli dəniz ilbizi – konusun zəhərindən alınmış preparat qazanıb. Kvinslend (İMB UQ) universitetinin biomolyekulyar elmlər institutunun və Melburn texnologiya institutunun mütəxəssislərinin hesab etdiklərinə görə, yeni nəsil ağrıkəsici bütü müasir analoqlarından həmçinin morfidən bir neçə dəfə güclüdür.
Xronik ağrını yüngülləşdirmək üçün mövcud effektiv vasitələrin tərkibinə ya asılılıq yaradan opiatlar, ya da əsəb reseptorlarına təsir mexanizmi hələ tam öyrənilməmiş qabapentin daxildir.
Qatil ilbizin çox yaxşı variant olduğu məlum oldu - onun zəhərinin tərkibinə daxil olub konotoksin kimi məlum olan peptidlər qurbanının əsəb hüceyrələrinin keçiricilik qabiliyyətini bağlayır, digər böyük məməlilər üçün isə ağrıkəsici effektini yaradır.
Avstraliya mütəxəssislərinin press-relizdə verdikləri məlumata görə, konotoksinin ilk peroral qəbul edilmiş variantı siçovullar üzərində təcrübədən keçirilib. Ağrıkəsici effekti standart qayda ilə yoxlayırdılar – siçovul pəncəsini çəkmədən nə qədər böyük təzyiqə davam gətirəcək.
Nəticə alimləri müsbət mənada heyrətləndirdi: yeni Angewandte Chemie-də haqında məqalə yazılmış elə həmin qabapentin konotoksinlə müqayisədə nə az, nə çox, düz 100 dəfə güclü oldu.
Yeri gəlmişkən, bu yaxınlarda, RMİT əməkdaşları bir dənə də maraqlı ağrıkəsici element aşkar ediblər... zeytun yağının tərkibində. Bundan başqa, balıq zəhəri və tikanotunun köməyi ilə ağrı kəsmək haqqında oxuyun.

Tərcümə etdi: Cambulat

Mənbə: http://www.membrana.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 3507 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17720313 (Əlavə edilib: 29.04.2016 12:52:16)
maraqlıdır
Müəllif:Qonaq__15791045 (Əlavə edilib: 14.01.2016 17:35:30)
Basa dusmedim
Müəllif:Qonaq__5190511 (Əlavə edilib: 15.02.2015 20:33:29)
Maraqlıdır. Lakin ilbizlerden qorxuram.
Müəllif:Qonaq__468626 (Əlavə edilib: 23.12.2013 21:10:51)
aha maraqlidir tovsiye ediremki oxuyasiniz
Müəllif:Qonaq__468626 (Əlavə edilib: 23.12.2013 21:10:03)
maraqlidir ancaq ilbizler iyrencdirler bunu yoxlamaq maraqlidir
Müəllif:Doktor_Ali (Əlavə edilib: 10.12.2013 19:33:15)
doğurdanda yaxşı fikirdir bu hər kəsə kömək olsa həm xroniki ağrılara,əsasəndə əsəbin sakitləşməsinə insan ölümü azalar.Bu da sevindirici hal olar İNŞALLAH
Müəllif:Qonaq__343968 (Əlavə edilib: 17.10.2013 16:33:58)
bu cox maraqli melumatdir bu mene cox maraqli geldi beyendim sizde oxuyun
Müəllif:oxumagi_seven (Əlavə edilib: 03.08.2013 15:27:36)
BU melumat mene maraqli geldi.ILBIZDEN alinan agri kesici mence butun xestexanalarda olmaLIDIR.
Müəllif:Qonaq__348577 (Əlavə edilib: 15.07.2012 15:23:19)
Bu çox maraqlı məlumatdır. Bəzi xroniki ağrılar olur ki, onu nəinki xəstəxanalarda işlədilən adi ağrıkəsicilər, hətta morfi belə kəsə bilmir. indi belə bir ağrıkəsici xəstəxanalarda istifadəyə verilsə, yaxşı olar.

Öz şərhinizi yazın

Bağla
.....