Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Çin səddinin tarixinə səyahət

Dünyanın yeddi möcüzəsi haqqında xəbəriniz varmı? Misir piramidaları, Artemis məbədi kimi bir-birindən gözəl, bir-birinə bənzəməyən tikililər. Tikildikləri vaxtlarda min bir əməklə və zəhmətlə başa gələn, görkəmləri ilə göz qamaşdıran Şərq mədəniyyətinin belə möcüzələri bu gün belə insanda heyranlıq oyandırırlar. Bunlardan biri də məşhur Çin səddidir. İnsanlığın tikdiyi ən böyük tikili kimi tarixdə qalan bu divar keçmişin xatirələrini günümüzə daşıyır.

Aydan baxdıqda Yer üzündə görünən, insan tərəfindən tikilmiş yeganə tikili Çin səddidir.

Shagird.az - Çin səddinin tarixinə səyahət (No description)- Maraqlıdır

Çin keçmişdə də böyük torpaqlara sahib idi. Bölgədə yaşayan xalqlar üçün köçəri həyat sürmək getdikcə daha çətinləşirdi. Oturaq həyata keçmək lazım idi. Ancaq köçəri həyat kimi, oturaq yaşamağın da öz çətinlikləri vardı. Bunlardan da ən əsası düşmənlə mübarizə idi. Çin,

Shagird.az - Çin səddinin tarixinə səyahət (No description)- Maraqlıdır

Orta Asiyanın köçəri tayfaları tərəfindən daima qarət olunurdu və əlbəttə ki, hökumət də müdafiə tədbirləri görmək istəyirdi. Elə bu səbəbdən də e.ə. V əsrdə düşmənlərdən müdafiə olunmaq məqsədi ilə Böyük Çin Səddi deyilən divar inşa edilməyə başladı. İnşaatın 10 il sürdüyü və təxminən 300.000 nəfərin çalışdığı güman olunur. Tikinti davam edən müddətdə sədd bir neçə dəfə hücuma məruz qalmışdı. Bu böyük divar VII əsrdə strateji əhəmiyyətini itirənə qədər böyük diqqətlə qorunurdu və vaxtlı-vaxtında təmir olunurdu.

Shagird.az - Çin səddinin tarixinə səyahət (No description)- Maraqlıdır

XV yüzilliyin əvvəlində səddə yeni divarlar olunmuşdu. Buna görə də yeni divarlar köhnələrdən fərqlənir. Xeyli sayda bürcləri və atış yerləri olan, Bohai dənizindən Qobi səhrasına qədər 6000 km məsafədə uzanan Çin səddinin hər 120 metrliyində bir keşikçi qülləsi inşa edilib.
Odlu silahlar icad edildikdən sonra Çin səddi müdafiə əhəmiyyətini tamamilə itirdi. Keçmişdə baş vermiş qanlı vuruşmaların izləri sədd boyu keçidlərdə, dağlıq bölgələrdə, vadilərdə bu günə qədər rast gəlinir.

Shagird.az - Çin səddinin tarixinə səyahət (No description)- Maraqlıdır

Əvvəllər köçəri tayfaların vaxtaşırı hücumlarına məruz qalan Çin səddinə müasir dövrdə turist axınının ardı-arası kəsilmir. Çinlilər arasında "Çin səddinə çıxmayan adamdan qəhrəman olmaz" deyimi geniş yayılıb. Hətta çinlilər bu sözü səddin yaxınlığında bir daş üzərində həkk ediblər.

Shagird.az - Çin səddinin tarixinə səyahət (No description)- Maraqlıdır

Shagird.az - Çin səddinin tarixinə səyahət (No description)- Maraqlıdır

Tərcümə etdi: Cambulat

Dostlarınızla paylaşın!

Bu səhifə 4520 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15621378 (Əlavə edilib: 06.05.2016 19:56:59)
maraqlədır yeni şeyler öyrendim
Müəllif:Qonaq__17272715 (Əlavə edilib: 07.04.2016 01:42:18)
koceri tayfa dediyinizi qisaca Hunlardan qorxduqlari ucun yazsaydiniz daha dogru olardi
Müəllif:Qonaq__15723722 (Əlavə edilib: 12.01.2016 14:41:32)
Salam.Cox maraqlidir))
Müəllif:Qonaq__14247169 (Əlavə edilib: 04.11.2015 17:37:31)
Çin səddinin tikildiyi il yazılmayıb. Əslində isə, Böyük Çin səddi e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən tikilmişdir.
Müəllif:HEBILOVA_Qonce (Əlavə edilib: 30.05.2015 21:26:51)
KAS bir defe de olsa gore bileydim bu mocuzeni
Müəllif:Qonaq__10007151 (Əlavə edilib: 26.04.2015 16:31:13)
KOTÜ DİYİL İDARE EDER
Müəllif:Qonaq__10007151 (Əlavə edilib: 26.04.2015 16:30:02)
SUPER
Müəllif:Qonaq__7916091 (Əlavə edilib: 11.02.2015 21:24:43)
yaxşı
Müəllif:Qonaq__6019886 (Əlavə edilib: 05.02.2015 18:14:24)
fEnA diyil
Müəllif:Qonaq__1475373 (Əlavə edilib: 16.03.2014 14:13:04)
müellif.həsən thanks you very much
Müəllif:riki (Əlavə edilib: 16.11.2013 18:44:28)
ela
Müəllif:ves (Əlavə edilib: 19.10.2013 14:08:17)
sagol
Müəllif:Qonaq999 (Əlavə edilib: 24.01.2013 20:05:31)
thanks
Müəllif:melek773 (Əlavə edilib: 08.11.2012 16:27:04)
həqiqətən cox böyükdür
Müəllif:Qonaq__361840 (Əlavə edilib: 27.06.2012 15:58:32)
pis deyil daha etraflida ola bilerdi
Müəllif:Nezrin (Əlavə edilib: 22.10.2011 19:04:55)
tesekkurler

Öz şərhinizi yazın

Bağla
.....