Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Atom bombası və onun yaratdığı dəhşət

Shagird.az - Atom bombası və onun yaratdığı dəhşət (No description)- Maraqlıdır

Hər şey 1939-cu ildə, alman əsilli alim Albert Eynşteynin ABŞ Prezidenti Ruzveltə almanların atomu parçalara ayırmaqla yeni bir bomba hazırlamağa çalışdıqlarını bildirməsi ilə başladı. Həmin tarixdən etibarən Amerikada minlərlə elm adamı atom bombası hazırlamaq üçün gizli olaraq çalışmağa başladı. "Manhetten" adı verilən layihəyə ümumilikdə 125 min nəfər cəlb olundu. Bomba ilk dəfə 16 iyun 1945-ci il tarixdə sınaqdan keçirildi.

Atom bombasından Yaponiyanın müharibədə təslim olması üçün istifadə edilməsi qərara alındı. İlk hədəf olaraq Yaponiyanın Trukda yerləşən dəniz limanı seçilmişdi. Lakin Amerikanın yeni prezidenti Harri Truman hakimiyyətə gəldikdən sonra bombanın Yaponiyanın sərhədləri daxilinə atılması haqqında qərar verildi. Yaponiyada psixoloji sarsıntı yaradacaq hədəflərin seçilməsi daha effektiv hesab edildiyi üçün xeyli miqdarda işçi çalışan hərbi zavodlar və ətrafında zavodlarda işləyən fəhlələr yaşayan bölgələr üzərində dayandılar. 13 iyun 1945-ci il tarixdə Xirosima, Niiqata və Kokura seçildi. Naqasaki isə daha sonra həmin siyahıya əlavə olundu.
Shagird.az - Atom bombası və onun yaratdığı dəhşət (No description)- Maraqlıdır
6 avqust 1945-ci il tarixdə "Enola Gay" adlanan təyyarənin daşıdığı bomba Xirosimaya atıldı. Təxminən 15 min ton dinamit gücünə bərabər bomba şəhərin mərkəzindən 500 metr yüksəklikdə partladıldı. Bomba partlayan anda 50-60 min nəfərin ölməsinə rəğmən 1945-ci ilin sonunadək ölənlərin sayı 140 min nəfərə çatdı.
İkinci bomba 9 avqust tarixində Naqasaki şəhərinə atıldı. Burada da təxminən 60 min nəfər bombanın qurbanı oldu.
Shagird.az - Atom bombası və onun yaratdığı dəhşət (No description)- Maraqlıdır
Hər iki halda bomba düz şəhərin mərkəzində partladıldı və 1 km radiusda olan hər şeyi elə partlayış anında yox etdi. 1-1,5 km radiusda sağ qalanların 50 %-i daha sonra öldü. Atom bombasının atılmasından illər keçdikdən sonra da radioaktiv təsirdən xeyli insan xərçəng və buna bənzər xəstəliklərə tutuldu. Uzun illər ərzində uşaqların əksəriyyəti ya ölü, ya da şikəst doğuldu.
Shagird.az - Atom bombası və onun yaratdığı dəhşət (No description)- Maraqlıdır
Atom bombası partlayan zaman partlayışın episentrində temperaturun bir neçə milyon C dərəcə olduğu təxmin edilir. Normal bir bombanın partlayış episentrində temperaturun bir neçə min C dərəcə olduğunu fikirləşəndə mənzərə bütün qorxuncluğu ilə başa düşülür.
Hələ də atom enerjisini müdafiə edənlər var. Çünki bəşəriyyət unutqandır, ancaq təbiət bəşər övladının ona vurduğu yaraları heç vaxt unutmayacaq və bağışlamayacaq.

Tərcümə etdi: Cambulat

Dostlarınızla paylaşın!

Bu səhifə 2680 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Doktor_Ali (Əlavə edilib: 14.12.2013 15:15:11)
Franklin Ruzveltin(məktubu imzaladığına görə),Eynşteynin(atom bombasını ixtira etdiyinə görə) ALLAH cəzasın versin.AAAAAAAAAAAAAAMİN!!!!!!!!!!!
Müəllif:SEBUHI05 (Əlavə edilib: 18.08.2013 01:00:02)
Bu dehsetli silaha tekce ABS deyil,Qerbi Avropa olkeleri ve bir sira IEO sahibdir.Mence bu silaha malik olan olkeler danisiqlar masasinda oturaraq hell etmelidir
Müəllif:Qonaq__9129 (Əlavə edilib: 28.07.2013 13:10:45)
Bu bombanın hazırlanması qadağan edilməlidir. Çünkü atom bombası nəinki insanları öldürür, hətta yer qabığına zərər vurur. Bunun nəticəsində zəlzələ olar, vulkan püskürər, sunami olar. Bu partlayışdan çıxan tüstü atmosferin qatlarına ziyan vurar və oksigeni azaldar.
Müəllif:Qonaq__35812 (Əlavə edilib: 16.01.2013 12:50:49)
insanlar hemise oz sehvlerini gec basa dusur
Müəllif:Qonaq__290819 (Əlavə edilib: 09.12.2012 10:04:44)
albert eynsteyn mence konullu elemiyib isi ucun eliyib
Müəllif:Mukemmel (Əlavə edilib: 10.06.2012 22:35:42)
o bombanin tesirinden minlerle insan telef olur
fikirlesirem ki o cur bombalari niye hazirlayirlar?
Müəllif:Elchin (Əlavə edilib: 28.02.2012 22:58:01)
o atom bombasını düzəldənləri Allah oları bildiyi kimi etsin.o bomba elə öz başlarında partlasın inşallah.AMiN
Müəllif:araz_hesenli (Əlavə edilib: 29.01.2012 21:49:54)
men istiyerem ki, bele bir bombalar olmasin,eger bele olarsa coxlu sayda insan oler ve gelecek nesilde muxtelif xestelikler toreder

Öz şərhinizi yazın

Bağla
.....