Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Telefon necə və kim tərəfindən icad olunub?

Shagird.az - Telefon necə və kim tərəfindən icad olunub? (No description)- Maraqlıdır
Həyatımızı asanlaşdıran, bizi sevdiklərimizlə birləşdirən, dünyanın əks tərəfində olan bir insanla bir an içində əlaqə yaratmağımızı təmin edən vasitə telefondur. Bəs telefonun kim tərəfindən və necə icad edildiyini bilmək istəyirsinizmi?
Bu da telefonun hekayəsi:
Shagird.az - Telefon necə və kim tərəfindən icad olunub? (No description)- Maraqlıdır
İnsan səsini elektrik naqilindən keçirmək fikri aylardır Qraham Bellin beynindən çıxmırdı. Köməkçisi ilə birlikdə gecəni-gündüzə qatıb bu məqsəd uğrunda çalışırdılar. Həm də ağır şərtlər daxilində çalışırdılar, vəsaitləri çox az idi. Buna görə də apardıqları təcrübələr müsbət nəticə vermirdi. Ancaq o, səsi tellərlə başqa yerə ötürməyin mümkün olduğuna inanırdı. O bilirdi ki, mütləq bir gün gələcək və fərziyyələrini hər kəsə isbat edə biləcəkdi. Nəhayət həmin gün gəldi:
2 iyun 1875- ci il idi. Qraham Bell həmişəki təcrübələrindən birini aparırdı. Bell, hər iki iş otağına üçlü ötürücü və qəbuledici qoymuşdu. Elektrik ötürüldükdə cihazların hər iki qütbünü birləşdirən tel lövhələr titrəyəcəkdi.
O gün təcrübə keçirilən zaman uğrunda çalışdıqları hadisə baş verdi. Bell, elektrik açarını burdu. Köməkçisi qonşu otaqdan səsləndi:
- Bir dəqiqə, Mister Bell. Lövhə yenə yapışdı.
Bell cavab verdi:
- Toxun qopsun.
Köməkçisi təkrar toxundu. Lövhə bir-iki dəqiqə titrədi. Bell səslənirdi:
- Toxun, toxun...
Bell əyilmiş qəbulediciyə qulaq asırdı. Qulaqlarına inana bilmirdi. Bu bir möcüzəydi. Çünki hər toxunuşda bir səs gəlirdi. Bell bu səsin nə demək olduğunu həmin anda başa düşmüşdü. Demək elektrikli tel səs rezonanslarını daşıya bilirdi. Üç ildən bəri axtardığı sualın cavabını axır ki, tapmışdı.
O gündən sonra Bell və köməkçisi yenə bir neçə ay gecəni gündüzə qataraq işlədilər. Bütün insanların istifadə edə biləcəyi bir telefon düzəltmək fikrindən daşınmadılar. 1876-cı ilin yanvar ayında işlərini tamamladılar. Əldə olunmuş nəticəni yoxlamaq üçün ötürücünü binanın damının altına, qəbuledicini də binanın arxa tərəfinə qoydular. Aradakı məsafə çox uzaq idi.
Bell, ötürücü vasitəsilə köməkçisinə bunları söylədi:
- Zəhmət olmasa yanıma gəlin. Sizə ehtiyacım var.
Bir dəqiqə sonra köməkçisi onun yanına gəldi. Beləliklə telefondakı əmri aldığı aydın oldu. Qraham Bell həyəcan içindəydi.
- Eşitdim, eşitdim Sizi... Telefon işləyir – deyə köməkçisi qışqırırdı.
Shagird.az - Telefon necə və kim tərəfindən icad olunub? (No description)- Maraqlıdır
Telefonu icad etməklə bəşəriyyətə böyük fayda vermiş Qraham Bell 1922-ci ildə, 75 yaşında vəfat etdi. O gün, ölkədəki bütün telefon stansiyaları Qraham Bellin şərəfinə iki dəqiqə susdu.

Tərcümə etdi: Cambulat

Dostlarınızla paylaşın!

Bu səhifə 8163 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17393775 (Əlavə edilib: 13.04.2016 19:16:15)
Artiq telefon haqinda deqiq melumatim var...
Müəllif:Qonaq__17136020 (Əlavə edilib: 27.03.2016 16:53:09)
Qraham bell bilseydiki onun icadindan sonra hava telefonlarida olacaq ve bir alede yawayan uzuvler unsiyet qurmayacaqlar hec icad elemezdi.
Müəllif:Qonaq__16813558 (Əlavə edilib: 08.03.2016 04:05:54)
Halal olsun
Müəllif:Qonaq__15337041 (Əlavə edilib: 26.12.2015 15:03:20)
metn qisadi boyuk olsa daha yaxsi olar
Müəllif:Qonaq__14173873 (Əlavə edilib: 01.11.2015 17:05:28)
artiq bildim telefon nece duzelib ve kim terefinden
Müəllif:Qonaq__7994925 (Əlavə edilib: 14.02.2015 10:47:10)
esil heyatda QRAHAM BELLI YARatmayib onu meucci yaradib meucci kasib olduqundan bu meseleni Qraham belliye tapsirib
Müəllif:Qonaq__3045349 (Əlavə edilib: 12.07.2014 01:09:08)
halal olsun
Müəllif:Qonaq__2271998 (Əlavə edilib: 13.05.2014 22:32:01)
alllah senin komeyin olsun qraham bellin sene rehmet etsin
Müəllif:Qonaq__2199912 (Əlavə edilib: 07.05.2014 21:20:02)
Halal olsun !
Müəllif:Doktor_Ali (Əlavə edilib: 21.12.2013 18:08:52)
Sağol Qraham brat ürəysən sən olmasaydın galaxy s4 olmazdı
Müəllif:mishka (Əlavə edilib: 21.10.2013 20:34:53)
biz telefondan cox istifadə edirik.buna gorə allah koməyi olsun.telofensuz həyat necə olardi....................mənasiz
Müəllif:Qonaq__41649 (Əlavə edilib: 04.09.2013 22:58:51)
SEYMUR ALLAH KOMEYI OLRUN SOSUZ REHMET OLSUN COR NEQEDER DUALAR QAZANI RDA O
Müəllif:Qonaq__34031 (Əlavə edilib: 02.09.2013 21:01:31)
Allah komeyi olsun ne deyek..telefon olmasaydu indiki xeyatu tesevur ede bilmezdim..)
Müəllif:fuad (Əlavə edilib: 22.12.2012 20:09:41)
Telefon duzeltmekle duz eliyib o bilseydiki bu gun muasir nazik telefonlar cixib o cox xosbext olardi
Müəllif:sumayye (Əlavə edilib: 24.08.2012 17:40:00)
qraham bellindeki agil mende olsa derdim olmaz
Müəllif:emili (Əlavə edilib: 28.07.2012 13:43:28)
isteyerdim ki qrahmen bellindeki agi mende olsun o cox gozel is gorubb.. telefonu icat etmekle
Müəllif:Uzv (Əlavə edilib: 09.11.2011 14:00:14)
Telefonu icad edenin heyat yoldasinin adi nedir?
Müəllif:mesedi (Əlavə edilib: 12.10.2011 13:07:11)
Telefon Qraham Bellin terefinden 2 iyun 1875-ci ilde yaranib

Öz şərhinizi yazın

Bağla
.....