Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Hər növ plastması emal edən maşın icad edildi

Shagird.az - Hər növ plastması emal edən maşın icad edildi (No description)- Maraqlıdır
Bizi əhatə edən mühiti, təbiəti  təmiz saxlamaq hər bir insanın  borcudur. Amma buna hər kəs riayət edirmi? Bu səbəbdən alimlər çalışırlar ki, məişət  tullantılarını emal edən sərfəli üsullar ixtira etsinlər.
Yeni aqreqat atılmış plastik kütlənin demək olar ki, bütün növlərini  emal edə bilir. Həm də  əvvəlcədən kütlənin  növlər üzrə ayrılmasına maşının  ehtiyacı yoxdur.
Hal-hazırda plastik kütlənin çox  hissəsi zibilliklərə atılır və sadəcə yandırılır. Amma bu aqreqatın köməyi ilə problemi aradan qaldırmaq  və bu kütlənin böyük bir hissəsini emal etmək olar. Tullantıların növlərinə görə  ayrılma prosesi çox  vaxt aldığından bu işi sadəcə  olaraq görmürlər və bütün kütləni yandırırlar. Yeni ixtira hər bir növ  polimeri sadə hissələrə  ayıraraq emal edir.                    
Shagird.az - Hər növ plastması emal edən maşın icad edildi (No description)- Maraqlıdır
                    Bu texnologiyanın müəllifləri -  Yan Bayens (Jan  Baeyens, şəkillərdə) və Uorika (University of Warwick) universitetindən onun kolleqalarıdır – yeni  maşının köməyi ilə plastik tullantıların pirolizini edərək sadə formalarına  çevirirlər. Bu aqreqatda tullantılar 500 °C temperaturda və oksigensiz şəraitdə  emal edilir. Bu  zaman bir çox polimerlər monomerlərə parçalanır.                                    
Shagird.az - Hər növ plastması emal edən maşın icad edildi (No description)- Maraqlıdır
"Alınmış qarışığı isə sonra sadə distillə vasitəsilə ayırmaq olar",  — universitetin press-relizi izah edir. Belə testlərin gedişatında müəlliflər aqreqata  ən müxtəlif plastik kütlələr qarışığını yükləyərək sənayenin fərqli sahələrində  istifadə edilə biləcək əla xammal almağa nail olublar.
                    Alimlərin fikrincə, əgər maşının sərf etdiyi enerjinin xərclərini,  zibillərin basdırılmasına çəkiləcək xərcləri və sənayedə istifadə edilə biləcək  xammalın çox ucuz olacağının nəzərə alsaq, bu texnologiyanı gələcəkdə böyük perspektivlər gözləyir.

Tərcümə etdi: Admin

Mənbə: http://www.membrana.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 1512 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....