Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Radionu kim ixtira edib?

Shagird.az - Radionu kim ixtira edib? (No description)- Maraqlıdır
Radionun nə qədər böyük bir icad olduğu haqda bu gün heç düşünmürük. Ancaq 100 il əvvəl bir İtalyan gənc radiodan ilk səsi aldıqda heç kəs qulaqlarına inanmamışdı.
1895-ci ildə, İtaliyanın Boloqna şəhərində yaşayan Quqlielmo Marconi adlı bir gənc bir kilometr aralıda yaşayan qardaşına siqnal göndərdi. Qardaşı siqnalı qəbul edərkən silahıyla havaya iki dəfə atəş açdı.
Shagird.az - Radionu kim ixtira edib? (No description)- Maraqlıdır
İtalyan hökuməti bu gənc ixtiraçının ixtirası ilə heç maraqlanmadı. Ancaq gəncin İrlandiyalı anası ona sona qədər dəstək göstərdi və oğlunu İngiltərəyə göndərdi. İngiltərədə gənc ixtiraçı yüksək cəmiyyətin üzvü olan bir qohumunun yanında yaşamağa başladı.
Marconi İngiltərədə iki elm adamı ilə birlikdə çalışmağa başladı. O, 1897-ci ildə bir simsiz teleqraf şirkəti qurdu. Burada apardığı işlərin nəticəsi olaraq daha uzaq məsafəyə siqnallar göndərməyi öyrəndi. 1899-cu ildə Marconi tarixdə ilk dəfə olaraq, simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi.
Shagird.az - Radionu kim ixtira edib? (No description)- Maraqlıdır
Q. Marconi radio dalğalarının bütün Yer kürəsini əhatəyə alacağına inanırdı. 12 dekabr 1901-ci il tarixdə radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatdı. Bu hadisə bütün dünyada böyük əks-səda doğurdu. Marconinin sistemi çox keçmədən İngilis və İtalyan donanması tərəfindən istifadə olunmağa başladı. O özü isə gördüyü işlərin nəticəsində çox varlandı.
Böyük ixtiraçı 1937-ci ildə vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı, növbəti iki dəqiqə ərzində isə stansiyalar siqnal göndərməyib ixtiraçıya hörmət əlaməti olaraq işlərini dayandırdılar

Tərcümə etdi: Cambulat

Dostlarınızla paylaşın!

Bu səhifə 7814 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__24251781 (Əlavə edilib: 06.03.2017 20:29:06)
Cox tesekkurler cox komek oldu Marconinin ellerine salik sabah100%5 alacam:-) :-)
Müəllif:Qonaq__21932126 (Əlavə edilib: 31.10.2016 19:00:37)
markoni radionu kesf edib
Müəllif:Qonaq__21761939 (Əlavə edilib: 26.10.2016 20:16:33)
çox sağ olun dərslərimi yazmağa kömək etdiniz
Müəllif:Qonaq__15591698 (Əlavə edilib: 06.01.2016 15:40:16)
nikola tesla
Müəllif:Qonaq__14058593 (Əlavə edilib: 28.10.2015 20:18:00)
cox gozel icaddi amma men herden istifade edirem
Müəllif:Qonaq__13886745 (Əlavə edilib: 20.10.2015 18:46:08)
coooox sagolun mene cooox komek oldunuz
Müəllif:Qonaq__13848438 (Əlavə edilib: 18.10.2015 19:53:49)
markoni yoxsa papov kim ixtira edib birini deyin
Müəllif:Qonaq__12355708 (Əlavə edilib: 03.08.2015 11:35:28)
markoniye tesekuler
Müəllif:Qonaq__10627111 (Əlavə edilib: 10.05.2015 09:42:38)
Butun keshfler N.Teslanindir
Müəllif:Qonaq__8212619 (Əlavə edilib: 23.02.2015 19:49:40)
SALAM DOSLAR
Müəllif:JKI (Əlavə edilib: 04.05.2014 13:54:56)
QEWEY IXTIRADI
Müəllif:mamruxum (Əlavə edilib: 27.04.2014 21:06:26)
cox maraqlidir bu genc neler ede bilirmis
Müəllif:Qonaq__1565266 (Əlavə edilib: 14.03.2014 10:49:38)
Umumiyyetle bu kimi aletlerin ixtirasi oz baslangicini N.Tesalanin islerinden goturub
Müəllif:Qonaq__1425011 (Əlavə edilib: 28.02.2014 18:43:41)
bunlari bilmeliyik
Müəllif:mishka (Əlavə edilib: 21.10.2013 20:46:07)
radiodan istifadə edilmir.amma yaxşi alətdir.TƏŞƏKKURLƏR............))))))))))))))))))))
Müəllif:Qonaq__125038 (Əlavə edilib: 26.10.2012 21:01:26)
markoni ilk defe radionu kesf edib
Müəllif:Qonaq__200969 (Əlavə edilib: 25.03.2012 00:44:40)
Papov ilk defe radionu kesf edib......

Öz şərhinizi yazın

Bağla
.....