Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Ən uzun salyami neçə kilometrdir?

23 aprel 2010-cu ildə mən ən uzun salyaminin hazırlanması prosesini müşahidə etmək üçün dəvət almışdım. Bu hadisə Belçikanın Sint-Niklaas şəhərində baş verdi. Bu rekordun təşkilatçısı ət məhsullarının istehsalı ilə məşğul olan yerli Cock's Vleeswaren NV şirkəti idi.
Shagird.az - Ən uzun salyami neçə kilometrdir?- Maraqlıdır
Ginnesin rekordlar kitabına düşmək cəhdi şirkətin bu biznesdə 75-ci ildönümü ilə təsadüf edirdi. Şirkətin tarixi və inkişafı haqqında olan video materialın seyrindən sonra məni burada olan bütün avadanlıqlarla tanış etdilər. Bununla, onlar şirkətdə olan ciddi sağlamlıq, təhlükəsizlik və gigiyena standartlarına uyğun olan şəraiti göstərmək istəyirdilər.
Shagird.az - Ən uzun salyami neçə kilometrdir?- Maraqlıdır
Bu cəhd üçün xüsusi olaraq avadanlıq sifariş edilmişdi. Bütün texnoloji prosesləri nəzərə alaraq, şirkət sahibləri salyaminin bir hissədən ibarət olması üçün hər bir şəraiti yaratmışdı. Qalan iş isə salyamini istehsal edəcək kollektivin professionallığından asılı idi. Kollektivin hazırlamaq istədiyi salyaminin uzunluğu 1200 m (3,937 fut) olmalı idi.
Shagird.az - Ən uzun salyami neçə kilometrdir?- Maraqlıdır
Bu möhtəşəm prosesdən sonra alınan salyaminin uzunluğu 1,152 m 16 sm (3,780 ft 0.54in) oldu. Həmin fakt dəvət olunmuş yerli müstəqil inspektor tərəfindən təsdiq edildi. Bu salyami dünyada istehsal olunmuş ən uzun salyami hesab edilərək Ginnesin Dünya rekordlarının yeni hesabatına əlavə edildi.
İlk olaraq 3114.35 kiloqram xammal ilə başlasalar da, onun yalnız 2171.37 kiloqramını istifadə etdilər. Şirkət sahibləri rəsmi olaraq rekordun təsdiqini alandan sonra əziyyətlərinin əbəs olmadığına çox sevindilər.
Shagird.az - Ən uzun salyami neçə kilometrdir?- Maraqlıdır

Təbriklər !!!!

Aleksandr Vipirailenko

Tərcümə etdi: Admin

Mənbə: http://community.guinnessworldrecords.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1820 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__344434 (Əlavə edilib: 28.11.2013 00:19:47)
onu nece hazirlayirsiniz
Müəllif:Qonaq__344434 (Əlavə edilib: 28.11.2013 00:18:17)
halal olsun

Öz şərhinizi yazın

Bağla
.....