Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Ən bahalı virtual gecə klubu neçəyədir?

Shagird.az - Ən bahalı virtual gecə klubu neçəyədir?- Maraqlıdır
Entropia Universe adlanan virtual dünyada virtual kontentin alqı-satqısı ilə bağlı irimiqyaslı oflayn sövdələşmə baş tutmuşdur. Forbes jurnalının yazdığına görə, bu, çox güman ki, onlayn əyləncələr mövcud olan zamandan bəri gerçəkləşmiş ən böyük alqı-satqı əməliyyatıdır.
Shagird.az - Ən bahalı virtual gecə klubu neçəyədir?- Maraqlıdır
Club Neverdie adlı, oyundaxili virtual gecə klubu 635 min dollara satılmışdır. Satıcı – Con Ceykobsdur (Jon Jacobs).
Beləliklə, ardıcıllıqla. Entropia Universe – qlobal multi-user (eyni vaxtda çoxlu oyunçu oynaya bilən) oyundur və oyunun məqsədi virtual aləmi mənimsəməkdir. Oyunçular öz şəhərlərini yaradırlar, öz kontentlərini yaradıb inkişaf etdirirlər və onunla ticarət də edirlər.
Club Neverdie klubu oyun planetlərinin birinin ətrafında fırlanan asteroiddə yerləşir. Orada idman meydançası, ticarət mərkəzi və müxtəlif flora və faunası ilə bütöv bir sıra təşkil edən biogünbəzlər var.
Bu müəssisə cənab Ceykobs tərəfindən 2005-ci ildə 100 min dollara alınmışdı. Yeri gəlmişkən, o zaman sövdələşmə əldə etmək üçün öz evini girov qoymuşdu. Buna baxmayaraq, Club Neverdie çəkilmiş xərci çox tezliklə geri qaytardı. Oyun meydançasını böyütməklə və özünə məxsus olan oyundaxili aparatları satmaqla Ceykobs ildə 200 min dollara qədər qazanmağa başladı. Klub bütöv şəkildə yox, hissələrlə satılırdı: ən böyük hissənin qiyməti 330 min dollar idi. Əldə edilmiş pulları tədqiqatçı yeni onlayn proyektlərə, həm də "ənənəvi media"ya yatıracaq.
Entropia Universe 2003-cü ilin yanvar ayında MindArk şirkəti tərəfindən layihələndirilmiş və işə salınmışdır.
Shagird.az - Ən bahalı virtual gecə klubu neçəyədir?- Maraqlıdır

Tərcümə etdi: Cambulat

Mənbə: http://zhelezyaka.com

Dostlarınızla paylaşın!

Bu səhifə 1575 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:10NM017 (Əlavə edilib: 12.12.2012 21:33:03)
eee mende ele bildimki adam kimi bir seydi ne isim var menim burda

Öz şərhinizi yazın

Bağla