Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun

Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

Yerin peyki olan Ay, hələ də özündə bir çox sirri gizlədir.
Planetimizdən Ayın sadəcə bir tərəfini görə bilirik.
Ay, dənizlərdəki qabarma və çəkilmələrə, heyvanların cütləşdiyi vaxtlara, hətta, insanın yuxusuna belə təsir edir.
Buna baxmayaraq, 1969-cu ilə qədər heç kim Aya getməmişdi. Bu günə qədər də sadəcə 12 nəfər gedib.
İstər astronavt səyahətləri, istərsə də insansız kosmik gəmiləri vasitəsilə, Ayın quruluşu haqqında böyük bilgiyə sahib olmuşuq.
Amma, Ayın haradan yarandığı sualına, hələ də dəqiq cavab tapa bilməmişik.
Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

Yerdənmi qopub, yoxsa günəş sistemində fırlanarkən Dünyanın cazibə sahəsinə girib ətrafımızda dövrə vurmağa başlayıb? Ya da onun yaranmasına səbəb olan, başqa bir partlayışmı yaşanıb?
Məşhur fizik və astronom Galileo Galilei-in yaratdığı teleskop ilə uzaqdan da olsa, Ayı ilk dəfə tam şəkildə görmək şansı yaranır.
1600-cü illərın əvvəllərində Galileo, Ayın da Yer kimi düzənlik və dağlardan yarandığını sübut etmişdi. Bu, hər ikisinin birlikdə yarandığına işarə idi.
1800-cü illərdə Charles Darwinin oğlu George, Dünyanın yarandığı ilk zamanlarda sürətlə fırlanarkən bir hissənin qopub Ayı əmələ gətirdiyini deyirdi.
Sakit Okean da bu qopma nəticəsində yaranmışdı.
Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

İkinci Dünya Müharibəsindən sonra isə, başqa bir fikir irəli sürüldü. Kimyaçı Harold Urey, Ayın, qalaktikanın başqa bir yerindən gələrək Yer kürəsinin cazibə mərkəzinə girdiyini deməyə başlayır.
Dünya ilə müqayisə etdikdə, bir peyk olaraq Ayın kütləsi olduqca böyükdür.
Bu səbəblə, başqa bir yerdə yarandığı açıqlaması məntiqli idi. Həmçinin, Ayın sadəcə bir tərəfini görə bilməyimiz də, bu hökmü təsdiqləyirdi.
Lakin, bəzi alimlər, orbitində heç yayınma olmadan Yerin Ayı cazibə sahəsinə almasına şübhə ilə baxırdılar.
Həm də, belə bir cazibə ilə iki göy cismi toqquşardı deyə fikirləşilirdi.
Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

Amma, bunun da bir açıqlaması ola bilərdi.
Yerin geniş bir atmosferə sahib olması, hava yastığı funksiyasını yerinə yetirərək bu toqquşmanı əngəlləyə və Ayı yavaşladaraq yenidən kosmosa sovrulmasının qarşısını almış ola bilərdi.
Amma, bu ehtimala üstünlük verilmirdi.
Urey-in Ayın Dünyanın cazibə sahəsinə girməyini ifadə edən nəzəriyyəsi, 1960-cı illərdə də əsas tutulurdu.
Aya astronavt səfəri ilə hansı nəzəriyyənin sübut olunacağını göstərən məlumatlar əldə keçəcəkdi.
Fəqət, Aydan gətirilən daşlar, bütün mövcud nəzəriyyələri yerlə bir etdi.
Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

Əvvəlcə George Darwin-in Ayın Yerdən qopduğunu iddia edən nəzəriyyəsi çökdü.
Daş örnəkləri Ayın Sakit Okeanından daha qədim olduğunu sübut etdi.
Həmçinin, Yer ilə Ay kimyəvi olaraq demək olar ki, bir-biri ilə eyni idi.
Beləcə, hər ikisinin ayrı-ayrı yarandığını irəli sürən nəzəriyyə də çökməyə başladı.
Ay, günəş sistemindəki bənzər obyektlərdən 29 milyon il sonra yaranmışdı.
Səthindəki tünd rəngli bölgələr, bir vaxtlar maye maqma dənizləri ilə örtülü olduğunu göstərirdi.
Son Apollo enişindən üç il sonra, 1975-ci ildə yeni bir fikir ortaya atıldı: Nəhəng toqquşma.
Günəş sistemi 4.5 milyard il öncə yarandıqda, nəhəng asteroidlər uçuşurdu. Bunlardan biri olan və Yerin, onda biri böyüklüyündə olan Theia ilə toqquşur.
Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

Bu toqquşma nəticəsində Yerin bir kənarı qoparaq uzaqlaşır və fırlanaraq kürə şəklini alır. Beləcə, Ay yaranır.
Lakin, Ay ilə Dünya kimyəvi olaraq bir-birinə çox oxşardırlar. Halbuki, nəhəng toqquşmadan sonra, Ayda (həqiqətən var idisə) Theia-nın izinə rast gəlmək lazım idi.
Oxford Universitetindən Alex Halliday-ə görə, hər planetin nüvə quruluşu fərqli olduğu üçün, fərqli atomlar gözləmək lazımdır. Amma, Aydakıların Yerdən gəldiyi görünürdü.
Başqa bir nəzəriyyəyə əsasən isə, toqquşmanın təsiri o qədər böyük ola bilərdi ki, Theia da, Dünya da əriyərək, atomları qarışa bilərdi.
Amma, belə bir toqquşmanın olduğu də səhih deyildi.
Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

2012-ci ildə Harvard Universitetinin elm adamları, Theia-nın zənn ediləndən daha çox kiçik, Dünya kütləsinin 2% qədər ola biləcəyini və bunun toqquşma təsirinin çox az olacağını irəli sürdülər.
Beləcə, Ayı yaradan maddə, sadəcə Dünyaya bənzəyəcək, Theia-nın izini daşımayacaqdı.
Lakin, 2015-ci ilin aprel ayında, nəhəng toqquşma təsiri fərziyyəsini gücləndirən başqa məlumatlar ortaya çıxdı.
Günəş sisteminin yaranma mərhələsində dolaşan və planetlərlə toqquşan obyektlərin quruluş olaraq bir-birinə oxşama ehtimalının, daha əvvəl düşünüldüyü kimi 1% deyil, 20% olduğu aşkara çıxdı.
Shagird.az - Ay haqqında bilmədiyiniz məlumatlarla tanış olun (No description)- Maraqlıdır

Məlumat, Theia-nın Dünyaya sürətlə çırpılaraq Ayı qoparmasını və əriyib bir-birinə qarışmasını, Yer ilə Ay arasındakı oxşarlığın bu cür açıqlaması ehtimalını gücləndirdi.
Amma, hələ də aydınlıq gətiriləsi suallar mövcuddur.
Buna baxmayaraq, bir çox araşdırmacı, cavabı nəhəng toqquşma fərziyyəsində görür.
Fəqət, bunun üçün, Theia-nın müəyyən bir kütləyə sahib olması və Yerə müəyyən bir mövqedən çırpılması lazımdır.
Bunu sübut etmək isə, hələlik çətin görünür.
Ayın yaranmasına dair məlumat, bir az da onun qeyri-adi xüsusiyyətlərində yatır. Bəlkə də Ayın yaranma hekayəsi, tamamilə şans əsəridir.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2727 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__25784605 (Əlavə edilib: 26.03.2017 00:38:35)
cooooooooox maraqli idi.
Müəllif:Qonaq__25644724 (Əlavə edilib: 20.03.2017 12:30:55)
cox gozəl təqdimat hazirlamısınız.Doğrudan da mən çox şey öyrəndim
Müəllif:Qonaq__25516174 (Əlavə edilib: 14.03.2017 22:12:32)
cox yaxsi beyendim
Müəllif:Qonaq__25221176 (Əlavə edilib: 28.02.2017 14:52:47)
ela idi coooooooooooooooooooooooooooooooooooooox beyendim men alimem
Müəllif:Qonaq__25134820 (Əlavə edilib: 25.02.2017 16:36:49)
babat
Müəllif:Qonaq__24688000 (Əlavə edilib: 25.02.2017 08:46:27)
cox maraqlidir
Müəllif:Qonaq__24926062 (Əlavə edilib: 16.02.2017 23:17:57)
cox gozal idi manim xosuma galdi

Öz şərhinizi yazın

Bağla
.....