Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin

Shagird.az - Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin (No description)- Maraqlıdır

Yaşlılıq, bədən qədər yaddaş və beyinin gücünə də mənfi təsir göstərir. Funksiyasını yaxşı davam etdirə bilməsi üçün beyinin də maşınlar kimi yaş irəlilədikcə, bir az qulluğa ehtiyacı var. Amma, maşınlardakı kimi beyin üçün qulluq qaydaları mövcud deyil.
Mövcud məlumatlar isə qarışıqdır. Bu mövzudakı məlumatları araşdırıb, beyin gücünü qorumağın ən yaxşı altı üsulunu müəyyənləşdirdik.

Qabiliyyətlərinizə güvənin

Olubmu ki, bir otağa girib, ora nə üçün girdiyinizi unudasınız? Yaş ötdükcə yaddaşın da zəifləməyə başladığını düşünür adam. Halbuki, bu, yalnız yaşlıların yox, cavanların da başına gələ bilər.
Mütəxəssislər, əslində bir problem olmasa belə, yaş artdıqca beyin ilə bağlı qabiliyyətlərimiz haqqında əminliyi itirdiyimizi bildirilər.
Bunun nəticəsi kimi, əlavə dəstəyə ehtiyac duyur, maşınımızın naviqasiya sistemi və ya mobil telefonumuzun xəbərdarlıq siqnalı kimi əlavə vasitələrdən asılı vəziyyətə gəlirik. İmkanlarımızı məcbur şəkildə hərəkətə gətirmədikcə, zehni qabiliyyətlərimizi özümüzə yadlaşdırırıq. Yəni, əgər qapıda dayanıb, oraya niyə getdiyimizi xatırlamağa çalışırıqsa, bunu, hafizəmizə bir az daha əziyyət vermək məcburiyyəti kimi qəbul etməliyik.

Shagird.az - Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin (No description)- Maraqlıdır

Qulaqlarınızı qoruyun

Duyğularımızı itirmək, beyinə pis təsir edir. Məsələn, eşitmə duyğusunu itirmək, beyini lazımlı bir xəbərdarlıq mənbəyindən məhrum etdiyi və diqqət mənasında əlavə yük yaratdığı üçün, beyindəki boz toxumanın itkisinə səbəb olur. Bir araşdırmada məlum olub ki, eşitmə duyğusunu itməsi altı illik bir zaman ərzində məlumat qəbulunun azalma riskini 24% artrır.
Yaşdan aşlı olmayaraq, eşitmə qabiliyyətinə mənfi təsir edən faktorlara diqqət etmək gərəkdir. Gündə sadəcə, 15 saniyə yüksək səsli rok musiqisinə qulaq asmaq, eşitmə duyğusuna zərər verməyə yetər. Eyni şəkildə gündə 15 dəqiqə saç qurudandan istifadə, səsləri ayıran hüceyrələri zədələyir. Əgər eşitmə probleminiz olduğunu düşünürsünüzsə, mümkün qədər tez həkimə müraciət edin.

Yeni dil və ya musiqi alətində ifa etməyi öyrənin

Zehni gücləndirmək üçün yaradılan beyin gimnastikası proqramları və tapmacaları məhduddur. Lakin, xarici bir dil və ya yeni bir musiqi alətində ifa etməyi öyrənmək, beyini daha çox işlədəcək. Bunların hər ikisi, bir çox bacarığın eyni anda işə düşməsinə səbəb olur. Yeni notları və sözləri öyrənərkən, yaddaş məşqi, diqqət, eşitmə qabiliyyəti və nəzarət kimi bir çox bacarıq hərəkətə keçir.

Shagird.az - Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin (No description)- Maraqlıdır

Bu cür fəaliyyətlər, yaddaşı sürətləndirəcək və faydaları, artan yaşlarda seziləcəkdir. Keçən il aparılan bir araşdırmada, musiqiçilərdə əqli zəifləməsini (demensiya) ehtimalının, heç bir alət ifa etməyən insanlarla müqayisədə 60% daha az olduğu göstərilib. Başqa bir tədiqaqtda isə, xarici bir dili bilmənin Alsheymer xəstəliyini beş il gecikdirdiyi ortaya çıxıb.
Özünüzü bu cür məcbur etmək, ən azından mövcud qabiliyyətlərinizin dəyərini bilmək üçün sizə kömək olacaq.

Ayaqüstü yeməklərdən uzaq durun

Aşırı çəki beyinə, bir çox mənada zərər verə bilər. Damarlarda xolesterinin yığılması beyinə gedən qan axınını məhdudlaşdırır və düzgün fəaliyyəti üçün lazım qida və oksigendən məhrum edir.
Sinir hüceyrələri (neyronlar) insulin hormonu səviyyəsinə qarşı, son dərəcə həssasdır. Mütəmadi olaraq şəkərli və yüksək kalorili qidalar qəbul etdikdə, insulin siqnallari kəsilir, zəncirvari reaksiyaya və beyində zərərli düyünlərin yaranmasına səbəb olur.

Shagird.az - Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin (No description)- Maraqlıdır

Omeqa 3 kimi yağ turşuları, D və B12 vitaminləri, yaş artımı ilə bağlı əmələ gələn beyin problemlərini azalda bilirlər. Aralıq dənizi pəhrizi ilə qidalanan yaşlıların, özlərindən 7, 5 yaş daha cavan insanlarla eyni əqli bacarıqlarına sahib olmalarının səbəbi də budur.

İdman edin

Əslində beyin ilə bədən arasında ayrı-seçkilik etmək doğru deyil. Beyini qorumağın ən təsirli yollarından biri də, bədəni fiziki aktivliklə gücləndirməkdir. Beləcə, beyinə qan axını artacaq və sinir hüceyrələri arasındakı əlaqələri yaradan proteinlər də işə düşəcəkdir.

Shagird.az - Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin (No description)- Maraqlıdır

Yerimək və aerobika kimi yüngül məşqlərdən tutmuş, ağır atletika və bədən formasını inkişaf etdirməyə qədər olan hər növ fiziki aktivliyin, istənilən yaşda faydalı olduğu sübut edilmişdir.

Ünsiyyəti artırın

Beyni qorumanın ən yaxşı yollarında biri də ünsiyyətcil olmaq, adam arasına çıxmaqdır. İnsanlar sosial varlıqdır. Yeni təcrübələr, stressdən və kədərdən uzaqlaşmağımıza kömək olur.
70 yaşında yuxarı yaşlılar ilə 12 il boyunca edilən bir araşdırmada, sosial aktiv insanlarda duyğu qəbulunun 70% daha yaxşı olduğu sübut edilib. Başqa insanlarla daimi ünsiyyətdə olmaq, hafizə və diqqəti qoruduğu kimi, zehni əməliyyatları da ümumi olaraq, daha sürətli edir.
Xülasə, sağlam qidalanma, fiziki aktivlik və yaxşı dostluq çevrəsi, sağlam və xoşbəxt bir həyat sürmənin sirri olduğu kimi, beyin gücünü qorumaq üçün də vacibdir.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 5140 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__33220823 (Əlavə edilib: 20.11.2017 15:47:33)
Çox maraqlıdır.
Müəllif:Qonaq__31870270 (Əlavə edilib: 14.11.2017 20:48:58)
çox xoşuma gəldi. Maraqlı idi. super teşekkürlər
Müəllif:Qonaq__31284370 (Əlavə edilib: 14.09.2017 16:16:11)
tesekurler
Müəllif:Qonaq__30836161 (Əlavə edilib: 27.08.2017 15:46:14)
maraqlı məlumat idi sizə çox təşəkkür edirəm
Müəllif:Qonaq__30498854 (Əlavə edilib: 11.08.2017 13:19:26)
təşəkkürlər çox şey öyrəndim daim istifadə edəcəm
Müəllif:Qonaq__29518609 (Əlavə edilib: 14.07.2017 18:49:19)
heqiqeten cox maraqlidir
Müəllif:Qonaq__27867939 (Əlavə edilib: 31.05.2017 02:49:09)
ÇOX YAXŞI MƏLUMATLARDI.SAÖ OLUN.
Müəllif: (Əlavə edilib: 16.04.2017 02:39:52)
maraqli melumatlariniz cox gozeldir.
Müəllif:Qonaq__26126933 (Əlavə edilib: 09.04.2017 21:33:37)
cox maraqlı ıdı
Müəllif:Qonaq__25853637 (Əlavə edilib: 28.03.2017 21:45:57)
Tewekkurler Cox Maraqli idi
Müəllif:Qonaq__22700977 (Əlavə edilib: 19.03.2017 22:58:41)
Cox sag olun cox tesekkürler
Müəllif:Qonaq__25621849 (Əlavə edilib: 19.03.2017 10:23:42)
cox sagolun heqiqeten çox xoşuma gəldi maraqlı məlumatlar verirsiniz bizi məlumatlandırırsınız teşekkur
Müəllif:Qonaq__25495331 (Əlavə edilib: 13.03.2017 16:51:04)
maraglidi
Müəllif:Qonaq__24152092 (Əlavə edilib: 12.03.2017 00:50:30)
MARAGLIDIR SAG OLUN
Müəllif:Qonaq__25408280 (Əlavə edilib: 09.03.2017 16:33:20)
gözəl məsləhətdir
Müəllif:Qonaq__25412302 (Əlavə edilib: 09.03.2017 16:10:30)
Eladir mende emel edəcəm
Müəllif:Qonaq__25380946 (Əlavə edilib: 08.03.2017 21:35:37)
hamisi bose seydi bos basa bunlarin ne xeyri var
Müəllif:Qonaq__25388821 (Əlavə edilib: 08.03.2017 15:48:05)
Sağ olun,vacib mövzudur.
Müəllif:Qonaq__25372849 (Əlavə edilib: 07.03.2017 10:51:33)
so perfect))
Müəllif:Qonaq__25329014 (Əlavə edilib: 05.03.2017 00:13:20)
maraqli melumatlariniza gore cox saq olun xahis edirik yaddasla baqli daha cox melumatlar veresiniz
Müəllif:Qonaq__25317740 (Əlavə edilib: 04.03.2017 14:41:35)
təşəkkürlər)
Müəllif:Qonaq__25275577 (Əlavə edilib: 04.03.2017 10:27:41)
Yaşlılar üçün çox dəyərli məsləhətdir.Çox sağ olun.
Müəllif:Qonaq__25245997 (Əlavə edilib: 01.03.2017 18:30:33)
Elə indicə şeir öyrənəcəldim super tşklər canlarım
Müəllif:Qonaq__25221316 (Əlavə edilib: 28.02.2017 15:23:48)
Maraqlidir...
Müəllif:Qonaq__25171078 (Əlavə edilib: 26.02.2017 16:35:56)
tesekkurlər
Müəllif:Qonaq__24748958 (Əlavə edilib: 26.02.2017 16:02:01)
ders oxuyun
Müəllif:Qonaq__24058444 (Əlavə edilib: 25.02.2017 22:14:53)
tesekkur
Müəllif:Qonaq__25133990 (Əlavə edilib: 25.02.2017 10:11:48)
çox sağolun bizim biliyimizi daha da güclendirdiniz Allah razi olsun ki,belə bir sayt yaratdiniz teşekkurler.
Müəllif:Qonaq__25098437 (Əlavə edilib: 24.02.2017 01:23:36)
Bele da
Müəllif:Qonaq__25094908 (Əlavə edilib: 23.02.2017 21:39:59)
teesufl olsunki indiki gencle r unsiyete yox telefona meylidirler
Müəllif:Qonaq__25087749 (Əlavə edilib: 23.02.2017 12:51:48)
Çox gozel
Müəllif:Qonaq__25042422 (Əlavə edilib: 21.02.2017 16:48:04)
cox sag olun...tesekkurlerrr...
Müəllif:Qonaq__25014945 (Əlavə edilib: 19.02.2017 21:40:45)
superdi
Müəllif:Qonaq__21805017 (Əlavə edilib: 19.02.2017 21:11:35)
əladır
Müəllif:Qonaq__25009977 (Əlavə edilib: 19.02.2017 18:16:39)
Eslinde hem idman,hem de basqa eylenceler ile mesgul olmaq da insan yaddasini guclendire biler. Mes:ele qis vaxtidir:)qarla oynayin,muxtelif fiqurlar hazirlayin.Mekrebliler yaddaşsizigi mence onlar xususiile depressiyaya dusdukleri(mueyyen sebeblerden)ile bagli ola bilir. Mektebli yanliz basqa bos sohbetleri kenara atsa,fikrini daima tehsile,elme yoneltse gelecekde baxib fexr edeceyimiz kadrlarimiz hazirdir demekdir bu. Umumilikde yaddaşsizliq sindiromu derdden,kederden vebos-bos problemlerle ozumuzu yuklemekden ireli gelir. Calisaq ki,bu dunyada yalniz musbet seyler baresinde dusunek. Eziz mektebliler siz bizim geleceyimizsiz. Ozunuzu qoruyun. Ugurlar.
Müəllif:Qonaq__24531907 (Əlavə edilib: 19.02.2017 14:22:02)
sag olun
Müəllif:Qonaq__25004728 (Əlavə edilib: 19.02.2017 10:53:36)
təşəkkürlər.bunlara mütləq
əməl edəcəm.
Müəllif:Qonaq__25004728 (Əlavə edilib: 19.02.2017 10:50:37)
təşəkkürlər.
Müəllif:Qonaq__24992467 (Əlavə edilib: 18.02.2017 23:15:31)
sag olun tesekkurler ama superdi
Müəllif: (Əlavə edilib: 18.02.2017 12:53:16)
Təşəkkürlər qəşəng məlumat idi lazım olacaq
Müəllif:Qonaq__24920189 (Əlavə edilib: 15.02.2017 21:14:48)
Coxx gozel
Müəllif:Qonaq__24912697 (Əlavə edilib: 14.02.2017 09:00:58)
cox sagolun ki bele bir sayt yaradib bize bele maraqli melumatlar teqdim edirsiniz.Ve cox arzu edirik ki,maraqli,xeyirli melumatlar daha da cox paylasasiniz.
Biz mektebliler size minnetdariq...Oz sinif yoldaslarim adindan size tesekkur edirik....
Müəllif:Qonaq__23511849 (Əlavə edilib: 13.02.2017 21:52:16)
Menim xosuma geldi.Cox maraqlidir.

Öz şərhinizi yazın

Bağla
.....