Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Süni dərini görün nədən hazırlayıblar?

Shagird.az - Süni dərini görün nədən hazırlayıblar?- Maraqlıdır

Çili Katolik Universitetinin professoru Tomas Eqan əsasını təmiz suda və dəniz ekosistemlərində rast gəlinən mikroyosunların təşkil etdiyi yeni süni dəri hazırlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, digər süni dəri variantlarından fərqli olaraq yaşıl süni dəri fotosintez vasitəsilə oksigen, eləcə də genetik baxımdan modifikasiya edildikdə (məsələn, sətəlcəmə qarşı və regenerasiya) təsirli antibiotik və molekullar hasil edə bilir.
Shagird.az - Süni dərini görün nədən hazırlayıblar?- Maraqlıdır

T.Eqan qeyd edib ki, süni dərinin bədənə necə uyğunlaşacağı və nə qədər ömür sürəcəyi naməlumdur. Professorun kəşf etdiyi mikroyosunlar dəridə 10 günədək yaşayır. Bu müddət ərzində "transplantat" dəriyə yerləşdirilir və rəngini itirir. Onun fikrincə, belə dəri vasitəsilə yanıqlardan tutmuş, açıq yaralaradək müxtəlif travmaları müalicə etmək mümkündür. Bu dəri orqanizmə infeksiya düşməsinə imkan vermir.
Belçikalı plastik cərrah Haydi Debels yosunlu dərini "yaradıcı həll" adlandırıb. Bildirib ki, adətən yaraya sarılan süni dəri zədələnmiş toxumalara oksigen və qidalı maddələri almağa mane olur, lakin professor T.Eqanın kəşfində bu çatışmazlıqlar aradan qaldırılıb.
Artıq yosunlu dəri heyvanlar üzərində sınaqdan keçirilib və 2017-ci ildə insanların iştirakı ilə sınaqların baş tutacağı gözlənilir.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 767 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__24122698 (Əlavə edilib: 10.01.2017 22:48:23)
Bir neçə ilə artıq beyin baş transplantasiyası ediləcək.Belə getsə insan ölümsüz olacaq.Mənim IQ səviyəm 156-dır
Müəllif:Qonaq__23717114 (Əlavə edilib: 28.12.2016 18:07:30)
vaiya

Öz şərhinizi yazın

Bağla
.....