Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Sıfır haradan gəlib və onun tarixçəsi

Shagird.az - Sıfır haradan gəlib və onun tarixçəsi- Maraqlıdır

Elmin, mühəndisliyin və riyaziyyatının əsasında "heç nə" dayanır. Burada "heç nə" şəksiz ki, sıfırdır.
Bu bir az sırtıq, amma qüdrətli rəqəmin yaratdığı ziddiyyəti və gətirdiyi həyəcanı heç bir rəqəm edə bilməyib. Bu rəqəm bir cəhətinə görə bizə gələcəyi proqnozlaşdırmaq imkanı verir. Amma bunun necə baş verdiyini başa düşmək üçün siz bu rəqəmin doğulma və mübarizə tarixçəsini bilməlisiniz. Çünki sıfırın böyüklüyə gedən yolu daşlı-kəsəkli olub.
Milli.Az BBC-yə istinadən bildirir ki, sıfır bir anlayış kimi qədimlərdən bəlli idi. Onu Babil və Maya yazılarında görmək mümkün idi. Onunla fəsillərin keçidini göstərirdilər. Qədim alimlər sıfırla hər hansı bir rəqəmin "yoxluğunu" bildirirdilər. Lap bizim 101 və 102 ədədlərində orta vəziyyətdə onluq misillərin olmadığını göstərmək üçün istifadə etdiyimiz sıfırlar kimi. Babilistanlılara gəlincə, onlar bu rəqəmi mövcud olmayan rəqəmin iki yanında kiçik ox işarələri ilə göstərirdilər.
Shagird.az - Sıfır haradan gəlib və onun tarixçəsi- Maraqlıdır

Lakin bütün riyazi kamilliyinə baxmayaraq sıfırın normal rəqəm kimi qəbul olunmasına 2 minillik lazım gəlib. Bu isə Hindistanda baş verib.
Shagird.az - Sıfır haradan gəlib və onun tarixçəsi- Maraqlıdır

Riyaziyyatdan yazan Alex Bellosun fikrincə Hindistan bu mənada ən münasib yer idi: "Heç nəyin nəsə olması onların mədəniyyətində dərin mənaya malikdir. Əgər fikir versəniz "nirvana" - "heçnəlik" vəziyyətidir- bu vəziyyətdə sizin bütün narahatlıq və istəkləriniz yox olur. Belə olduğu halda bu heç nəyi nə iləsə göstərmək lazımdır, ya yox?
Hindistanlılar onun işarəsini "şunya" adlandırırdılar. Bu söz bugünədək həm "heç nə", həm də "sıfır" mənalarında işlənir.
Burası da var ki, bütün başqa rəqəmlərin qrafikası, yəni görkəmi tarix boyunca dəyişsə də sıfırın işarəsi dəyişməz qalıb. Sıfır həmişə dairə şəklindədir. Mən "Rutherford və Fry-ın maraqlı təcrübələri" (The Curious Cases of Rutherford & Fry) kitabını oxuyanadək elə bilirdim ki, sıfır halqanın içindəki boşluqdur. Lakin hind mistisizminə görə sıfır ona görə dairəvidir ki, həyat dövrəsini təcəssüm etdirir. Buna "əbədiyyət ilanı" da demək olar.
Sıfırın yeddinci əsrdən başlanan yüksəlişinin arxasında hind astronomu Braqmaqupta dayanır. Riyaziyyatda şunya - sıfır təkcə yoxluğu göstərmək üçün deyildi, o başqa rəqəmlərlə birlikdə hesablamalarda iştirak edirdi. Onu toplamaq, çıxmaq, vurmaq olurdu. Bunların arasında ən müəmmalısı bölmədir, çünki heç nəyi nəyə isə necə bölmək olar? Lakin məhz bu, riyaziyyatın yeni bir sahəsinin qol-qanad açmasına imkan verib.
Shagird.az - Sıfır haradan gəlib və onun tarixçəsi- Maraqlıdır

Sıfır elə ki Cənubi Asiyada ayaq tutdu, oradan Yaxın Şərqə doğru yeridi. Burada isə İslam alimləri bugünədək istifadə etdiyimiz rəqəmlər sistemini yaratdılar. (Bəzi alimlər deyirlər ki, sıfırın mənşəyinin Hindistanda olmasının tarixdən silinməsi ədalətsizlikdir və biz gərək rəqəmlər sistemini "hind-ərəb" rəqəm sistemi adlandıraq).
Lakin özünün belə ruhani və intellektual başlanğıcına baxmayaraq sıfır real mübarizələrlə üzləşdi. Bu rəqəmlər Avropaya səlibçilər İslama qarşı gedəndə daxil olmuşdu. Odur ki, hətta riyaziyyatda belə ərəbdən gələn bütün ideyalara inamsızlıq və şübhə ilə baxılırdı.
1299-cu ildə Florensiyada sıfır da bütün başqa ərəb rəqəmləri kimi qadağan edilmişdi. Belə bir fikir yayılmışdı ki, guya bu rəqəmlər fırıldaqçılığa yol açır. Onların sözünə görə sıfırdan asanılıqla 9 düzəltmək, qiymətləri saxtalaşdırmaq olardı.
Bundan başqa sıfır çox qorxulu presedent yaradırdı, çünki mənfi rəqəmlərin gəlişinə qapı açırdı. Mənfi rəqəmlər borcu və pul sələmini legitimləşdirirdi.

Bayram eləməli bir şey yoxdur

Lakin maraqlıdır ki, sıfır yalnız 15-ci əsrdə bütün ərəb rəqəmlərinin arasında qəbul edilib. Təsəvvür edin, bu vaxt artıq Oxford Universiteti, çap mətbuatı bir əsr idi ki, mövcud idi.
Lakin sıfırın əsl əhəmiyyətinin riyaziyyatda qəbul edilməsi indiyədək istifadə etdiyimiz əksər elmi və texnoloji metodların əsasını qoyub. Nəhayət 17-ci əsrdə sıfır fransız filosofu Descartes-in kəşf etdiyi karteziyan koordinat sisteminin (məktəbdə gördüyünüz x və y qrafikləri) qalibi oldu. Bu sistemdən mühəndislikdən tutmuş kompüter qrafikasınadək hər yerdə bugün də istifadə olunur.
Bellos bunu ecazkar şəkildə belə ifadə edib: "İntibah, aralarında sıfırın da olduğu ərəb rəqəmlərinin gəlişi ilə həqiqətən də işıq saçdı. Bu baş verəndə ağ və qara hesab dünyası bir anın içində şərəfləndi və rənglərə büründü".
Lakin İntibah dövründə sıfır bir daha o qədər qüdrətləndi ki, şüurlarda qığılcım yaratdı. Sıfırın sıfra bölünməsi isə mənim sevdiyim riyaziyyat sahəsinin - riyazi təhlilin əsasını təşkil edir. Riyazi təhlil dəyişikliyin riyaziyyatıdır və bizə elə ağıllı bir ipucu verir ki, biz Ebola virusunun yayılmasından tutmuş birjalara qədər bütün dəyişikliklərin proqnozunu verə bilirik. Bu, əlbəttə ki, çox güclü bir alətdir.
Riyazi analizi bircə paraqrafda izah etməyə çalışacağam. Təsəvvür edin ki, nəsə zaman içində dəyişir. Deyək ki, sizin bu məqaləni oxuyarkən diqqətinizin dəyişməsi. Belə olduğu halda koordinat xətləri arasındakı əyri o yan-bu yana ləngər vuracaq. Lakin həmin əyrini gözünüzə fokusla sonsuza, yəni sıfra qədər yaxınlaşdırsanız koordinat müstəvisindəki əyri itəcək və siz əyrini istənilən nöqtədə düz xətt kimi görəcəksiniz. Bekləliklə, hər şey daha bəsit olacaq və hər şeyi riyazi baxımdan həll etmək də asanlaşacaq.
Siz riyazi analizdən birjalardan tutmuş dərmanın bədəninizə yayılmasınadək ən müxtəlif dəyişiklikləri öyrənə bilərsiniz. Sıfır anlayışı olmadan bunların heç biri mümkün olmazdı.
Odur ki, gəlin içərisində elə sıfıra bənzəyən qovucuqları olan şampan qədəhlərini tarixdə bu ən yumru, ən qüdrtəli rəqəmin sağlığına qaldıraq.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2077 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__23829118 (Əlavə edilib: 01.01.2017 12:55:51)
maraqLidi
Müəllif:Qonaq__23615412 (Əlavə edilib: 25.12.2016 10:20:01)
Mr(H S O) =
Müəllif:Qonaq__21542106 (Əlavə edilib: 20.12.2016 14:14:53)
əla şeydi haaa

Öz şərhinizi yazın

Bağla
.....