Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Cəbrdə olan “x” (iks) kim ixtira edib?

Shagird.az - Cəbrdə olan “x” (iks) kim ixtira edib?- Maraqlıdır

Bütün elmlərdə olduğu kimi, riyaziyyat elmində də ilkin və hamı tərəfindən qəbul edilən anlayışlar mövcuddur. Belə anlayışlardan biri də məchul məfhumudur. Müasir riyaziyyatda bilinməyən ədədi, yəni məchulu göstərmək üçün "x" (iks) hərfindən istifadə edirlər.
Beynəlxalq səviyyədə bu hərf məchulun simvolu kimi qəbul edilmişdir. Bütün ölkələrdə məchulu "x" hərfi ilə ifadə edirlər. Bəs, bunun səbəbi nədir? Niyə başqa hər hansı hərf deyil, məhz "x" hərfi məchulu göstərir? Bu qayda nə zamandan mövcuddur? Və nəhayət, məchulu ifadə edən "x" (iks) hərfinin müsəlmanlarla hansı əlaqəsi var?
Milli.Az islam.az-a istinadən bildirir ki, sən demə, hələ orta məktəbin riyaziyyat fənnindəki tənliklərdən bizə tanış olan "x" (iks) simvolunun müsəlmanlarla birbaşa əlaqəsi vardır. Mövzuya keçməzdən əvvəl bunu xatırlatmaq istərdim ki, müasir riyaziyyat elminin əsas bölmələrindən biri olan cəbr və ən mühüm riyazi anlayışlardan olan alqoritm də öz adına görə müsəlmanlara borcludur. Miladi IX əsrdə yaşamış görkəmli müsəlman alimi Mühəmməd ibn Musa əl-Xarəzmi riyaziyyat, coğrafiya, astronomiya kimi elm sahələrində misilsiz bilik sahibi olmuşdur. Təsadüfi deyil ki, Xarəzminin ixtira etdiyi alqoritm anlayışı bu gün onun özünün adını daşıyır. Belə ki, əl-"Xarəzmi" adını Avropa alimləri öz kitablarında "alqoritm" şəklində qeyd etmişdilər. Xarəzminin riyaziyyat mövzusunda ən məşhur əsəri olan "Kitab əl-müxtəsər fi hesab əl-cəbr və-l-müqabələ" kitabı orta əsrlərdə Avropada ən çox oxunan, öyrənilən və tədris edilən riyaziyyat dərsliyi sayılırdı. Qeyd edək ki, dünya miqyasında istifadə edilən "algebra" termini də "əl-cəbr" sözünün latınlaşdırılmış variantıdır.
Məlumdur ki, müsəlmanların elmi naliliyyətləri orta əsrlərdə əsasən Əndəlus əmirliyinin vasitəsilə Avropaya ötürülürdü. Avropanın asilzadə ailələrinin övladları, elm adamları Əndəlusa axışır, burada müsəlmanlardan bilik əldə edirdilər. Əndəlus əmirliyindəki elm mühitinin dili ərəb dili sayılırdı. Avropa xalqları müsəlman alimlərin kitabları ilə ya birbaşa ərəb dili, ya da ispan dilinin vasitəçiliyi sayəsində tanış olurdular. Belə ki, bu kitablar çox zaman Əndəlus əmirliyinin yerləşdiyi Pireney yarımadasının yerli əhalisinin dili olan ispan dilinə tərcümə edilir, daha sonra başqa dillərə çevrilirdi. Aşağıda qeyd edəcəyimiz məsələ də ispan dilinin orfoqrafik quruluşu ilə birbaşa bağlıdır.
Ərəb dilində qələmə alınmış riyaziyyat kitablarında məchulu bildirmək üçün "şey" (şeyun) kəlməsindən istifadə edirdilər. Bu kitabları ispan dilinə çevirən tərcüməçilər belə bir çətinliklə üzləşdilər: ispan dilində "ş" səsini ifadə edən hərf yoxdur. Ona görə də tərcüməçilər məchulu bildirmək üçün üsul tapmağa çətinlik çəkirdilər. Əvvəlcə belə qərara alındı ki, "şeyun" sözündəki "ş" hərfini ispan dilindəki "ck" hərf birləşməsi ilə əvəz etsinlər. Bu isə qalın "k" hərfini ifadə edirdi. Yunan əlifbasındakı "kay" hərfi də eyni səsi bildirir. Bu hərfin yazılışı indiki "x" hərfini müəyyən qədər xatırladırdı. Ona görə də tərcüməçilər rahatlıq naminə "ck" birləşməsini yunan əlifbasındakı "kay" hərfi ilə əvəz etdilər. Amma orta əsrlərdə bütün kitablar son mərhələdə latın dilinə tərcümə edilirdi. Xüsusilə, Avropada müsəlmanların hərbi-siyasi, elmi-mədəni gücü zəiflədikdən, axırda isə bütün müsəlmanlar qitədən qovulduqdan sonra müsəlman irsinin latın dilinə tərcüməsi sürətləndi. Latın dili Avropanın universal elm dili idi. İndiki ingilis dili hansı universallığa malikdirsə, latın dili də eyni statusu daşıyırdı. Beləliklə, tərcümə prosesində yunan əlifbasının "kay" hərfi latın əlifbasının "x" (iks) hərfi ilə əvəz edildi. Məchulu bildirmək üçün ərəb dilindəki "şey" (şeyun) kəlməsinin ilk hərfinə əvəz olaraq latın əlifbasının "x" hərfindən istifadə etməyə başladılar. Sonrakı əsrlərdə də bu ənənə davam etdi. Hal-hazırda da beynəlxalq elmi ədəbiyyatda məchulu "x" (iks) hərfi ilə ifadə edirlər.
Sən demə, əsrlərdir beynəlxalq səviyyədə istifadə edilən "x" simvolunun yaranmasının səbəbi... ispan dilində "ş" səsinin olmaması imiş...
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2178 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__24160110 (Əlavə edilib: 13.01.2017 12:43:20)
coxxx superrr
Müəllif:Qonaq__22016839 (Əlavə edilib: 03.11.2016 18:49:34)
ela
Müəllif:Qonaq__21994974 (Əlavə edilib: 02.11.2016 21:36:55)
:)
Müəllif:Qonaq__21798540 (Əlavə edilib: 01.11.2016 22:25:31)
co gozel maraqlidir twk
Müəllif:Qonaq__20271515 (Əlavə edilib: 31.10.2016 17:47:07)
maraqlidi
Müəllif:Qonaq__21895646 (Əlavə edilib: 30.10.2016 12:28:12)
cox gozel
Müəllif:Qonaq__21874489 (Əlavə edilib: 29.10.2016 17:32:55)
heqiqeten maraqlidir
Müəllif:Qonaq__20310586 (Əlavə edilib: 26.10.2016 17:33:10)
Maraqli idi
Müəllif:Qonaq__21714458 (Əlavə edilib: 26.10.2016 15:38:28)
ela maraqlidir
Müəllif:Qonaq__21710725 (Əlavə edilib: 25.10.2016 21:06:18)
azərbaycan
Müəllif:Qonaq__21618526 (Əlavə edilib: 23.10.2016 19:19:58)
menimcun maraqli bir melumat idi. twk
Müəllif: (Əlavə edilib: 20.10.2016 19:03:43)
mencede maraqlidir
Müəllif:Qonaq__21399127 (Əlavə edilib: 19.10.2016 17:33:51)
hello
Müəllif:Qonaq__21399127 (Əlavə edilib: 19.10.2016 17:33:23)
yaxs

Öz şərhinizi yazın

Bağla
.....