Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Övladlarınızın piylənməsinin səbəblərindən biri də budur

Shagird.az - Övladlarınızın piylənməsinin səbəblərindən biri də budur (No description)- Maraqlıdır

Gün ərzində hətta bir saat televizor qarşısında olmaq uşaqlarda piylənmə ehtimalını xeyli artırır. Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, Virciniya Universitetindən (ABŞ) olan tədqiqatçılar belə qənaətə gəliblər.
Alimlər 10 min uşağın bədəninin kütləsini ölçüblər və onların orqanizminə təsir göstərən əsas xarici mühit amillərini müəyyənləşdiriblər. Amerika alimlərini xüsusən uşağın hər gün kompyuter və televizor qarşısında nə qədər vaxt keçirdiyi maraqlandırırdı. Bir ildən sonra tədqiqatçılar ölçmələri təkrarlayıblar. Gün ərzində televizor qarşısında azı bir saat vaxt keçirən uşaqların bədən kütləsinin indeksi daha yüksək olub ki, bu da artıq çəkinin olduğunu göstərir. Bu qrup arasında piylənmiş uşaqlara daha çox rast gəlmək olurdu. Alimlərin qənaəti belədir: 60 dəqiqə televiziya verilişlərinə baxmaq gələcəkdə piylənmə riskini 50-60 faiz artırır.
Qeyd etmək lazımdır ki, piylənmə televizora baxmaqdan inkişaf etmir, bir neçə amilin təsiri altında formalaşır: bunlar fiziki aktivliyin olmaması, düzgün qidalanmama, gündəlik rejimin pozulması, endokrinoloji xəstəliklərdir. Ekspertlər televizorun ən maraqlı və aktual asudə vaxt növünə çevrilməməsi üçün valideynlərə öz uşaqları ilə məşğul olmağı məsləhət görürlər.

 

Mənbə: http://yenilik.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1310 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__22018412 (Əlavə edilib: 21.11.2016 17:17:39)
Ehh bos seydi menim bacim isde 11 saat kompyuter qarsisinda olur, ancaq 20 yasi olmasina baxmayaraq 35 kilodur.Bele seylere inanamayin, sizi bele aldDib oldurecekler
Müəllif:Qonaq__21381371 (Əlavə edilib: 16.10.2016 23:34:06)
Mədə çox kökəm mənim 11yaşım var televizo qarşısında çoooooox otururam
Müəllif:Qonaq__21257676 (Əlavə edilib: 13.10.2016 10:37:19)
salam. mende cox kokem tv-nin qarsisinda cox otururam sen deme bunun sebebi bu imis.tesekkurler.
Müəllif:Qonaq__21193500 (Əlavə edilib: 11.10.2016 17:59:19)
Mence çox gozel her bir usaga meslehet gorerdim
Müəllif:Qonaq__21119833 (Əlavə edilib: 09.10.2016 08:22:22)
Bow bow weylerdi
Müəllif:Qonaq__20837918 (Əlavə edilib: 28.09.2016 10:49:36)
Mence düzdü usaqlarin beyni çürüyür ve gece yatdiqdan sonrada ben yatmır beyin ancaq isdiyir ve sonrada göz zeyifliyir dersleri yada qalmır
Müəllif:Qonaq__20608148 (Əlavə edilib: 18.09.2016 17:02:10)
Salam menim 13 yasim var he men televizora 2 3 saat baxiram by piylenmeye seven olurmu????

Öz şərhinizi yazın

Bağla
.....