Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Telefonun yeni bir zərəri ilə tanış olun

Shagird.az - Telefonun yeni bir zərəri ilə tanış olun (No description)- Maraqlıdır

Anatomiya dərsliklərində insanın başının ağırlığının təxminən 5 kq olduğu yazılır. Baş aşağı əyilərkən isə bu ağırlıq get-gedə artır. Baş insanın boynu üzərində durduğundan, hərəkət etdiyində ağırlıq boynun üzərinə düşür.
Nəzərə alsaq ki, əlində telefon və ya planşet olan adam saatlarca başını aşağı əyib onunla məşğul olur, boyuna düşən yükün ağırlığını təsəvvür etmək çətin deyil.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, planşet və telefon "xəstəliyi" epidemiya kimi bütün dünyaya yayılıb. Saatlarca boyunu aşağı əyib bu texniki avadanlıqlarla vaxt keçirməyin zərərini ən çox boyun fəqərələri görür. Uzun müddət əyilmiş vəziyyətdə dayanan boyun fəqərələrində narahatçılıqlar meydana gəlməyə başlayır. Əgər gənc yaşlı uşaqlar telefonla normadan çox məşğul olarlarsa, onların fəqərələri əyilir və fəqərəarası sinirlər sıxılmağa başlayır. Sinirlər sıxıldıqca onların qidalandırdığı yerlər də zərər görməyə başlayır. Boyun əzələləri gərginləşir və boyunda ağrılar meydana çıxmağa başlayır. Uzun müddət eyni vəziyyətdə əyilib dayanmaq boyun fəqərələrində əyriliyə, yırtığın əmələ gəlməsinə səbəb ola bilir. ABŞ-da bunları araşdıran mütəxəssislərin apardığı araşdırmalar,  əhalinin 58%-inin boyun fəqərələrindəki problemlərin əmələ gəlməsində telefon, planşet və notbukların səbəb olduğu qənaətinə gəlmişlər.
Buna görə də telefonla uzun müddət məşğul olduqda, telefonu elə tutmaq lazımdır ki, boyuna çox yük düşməsin. Azyaşlı uşaqlara və gənclərə telefonla çox oynamağın zərərlərini başa salmaq və onları virtual həyatdan uzaqlaşdırmaq lazımdır.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1453 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__18960710 (Əlavə edilib: 11.07.2016 10:26:37)
Men tamamile bu fikirlerle raziyam

Öz şərhinizi yazın

Bağla
.....