Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bunlarla yaddaş zəifliyinə son qoyun

Shagird.az - Bunlarla yaddaş zəifliyinə son qoyun (No description)- Maraqlıdır

Qayğılar, stress, gərginlik çox zaman unutqanlığa səbəb olur. Gün keçdikcə də unutqanlıqdan şikayətlənən insanların sayı artmağa başlayır.
Tez-tez evin başqa bir otağına gedib, “mən bura niyə gəlmişdim?” və ya şkafı açıb “mən buradan nə götürməliydim?” deyirsinizsə, demək artıq unutqanlıqla baş-başasınız. Mütəxəssislər unutqanlığı aradan qaldırmaq üçün düzgün qidalanmanı məsləhət görür. Unutqanlıq problemi ilə qarşı-qarşıya qalanlar üçün məsləhət görülən 8 qida haqqında məlumat veririk.
1. İki gün balıq yeyin: Omega 3 yağ turşuları ilə zəngin qidalanmaq yaddaşsızlıq riskini azaldır. Unutqanlığın qarşısını almaq üçün həftədə 2 gün balıq yemək şərtdir.
2. Üç ədəd qoz: Qoz omeqa 3 yağ turşusu baxımından ən zəngin qidalardan biridir. Güclü yaddaşa sahib olmaq üçün gündə 3 ədəd qoz yeyin.
3. Bir ovuc kişmiş: Xüsusilə quru üzüm zehni qüvvətləndirir. Unutqanlığı məğlub etmək üçün hər gün bir ovuc yeyin.
4. Moruq: Gümrahlıq verir, zehni yorğunluğu aradan qaldırıcı gücə malikdir.
5. Kərəviz: Sinir yorğunluğunu və unutqanlığı aradan qaldırır.
6. Tünd şokolad: Kakao və tərkibindəki flavonlar səbəbindən beyindəki qan axımını sürətləndirir.
7. Ciyər: Beyin və sinir hüceyrələrini inkişaf etdirir. Yaddaşsızlıq və unutqanlıq xəstəliyinə qarşı təsirlidir.
8. Qərənfil çayı: Qərənfil adi çay kimi dəmlənib içildikdə yaddaşı gücləndirir, zehni canlandırıb unutqanlığın qarşısını alır.
Aile.lent.az

Mənbə: http://saglamolun.az

Dostlarınızla paylaşın!

Bu səhifə 2386 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__21885038 (Əlavə edilib: 30.10.2016 13:26:42)
elaaaaaaa
Müəllif:ehli_beyt (Əlavə edilib: 07.08.2016 19:06:40)
Qərənfil çayını 1ci dəfə eşitdim.Bunlara hər kəs riayət edə bilməz
Müəllif:Qonaq__19401086 (Əlavə edilib: 31.07.2016 12:24:54)
yadas zeyifliyine neler son qoyulur
Müəllif:Qonaq__19208551 (Əlavə edilib: 23.07.2016 23:46:44)
cox gozel melumatlardir tessekkur ediram cox sagolun
Müəllif:Qonaq__18419325 (Əlavə edilib: 06.07.2016 13:12:52)
beli mende tez tez yaddas problemi yaranir neyise goturmeye gedirem yadimnan cixir bilimirem niye deyirler ki axlin basqa yerdedi amma yox unuduram bunu belke etsem duzeler
Müəllif:Qonaq__18517302 (Əlavə edilib: 02.07.2016 17:11:03)
Maşalllah. Yadaşım eladı. Dersi bi de fe oxumaqla yadımda saxlayıram.
Müəllif:Qonaq__18708224 (Əlavə edilib: 28.06.2016 14:29:32)
men imtahana gedende testi gorene heyecanlaniram nec e aylardi hazirlasdigim imtanlara zeif cavab yaziram arada mene ele gelirki hec ne bilmirem stresler icinde oluram mene ne tovsiye edirsiniz
Müəllif:Qonaq__18684213 (Əlavə edilib: 27.06.2016 16:41:24)
Meslehetiniz üçün təşəkkürlər
Müəllif:Qonaq__18669023 (Əlavə edilib: 25.06.2016 14:51:41)
elaaaaa ede bilsey ederiy
Müəllif:Qonaq__18660389 (Əlavə edilib: 25.06.2016 10:32:40)
naftalan
Müəllif:Qonaq__18523998 (Əlavə edilib: 22.06.2016 18:18:54)
bunlarin yarisini ewdmiwdim

Öz şərhinizi yazın

Bağla
.....