Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Alimlər bu ixtira ilə adi inasanları məhv edəcəklər

Shagird.az - Alimlər bu ixtira ilə adi inasanları məhv edəcəklər- Maraqlıdır

Elm adamları tarixi kəşfin astanasındadır.
Milli.Az atv.az-a istinadən bildirir ki, alimlər sintetik insan genini hazırlayır.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir araya gələn 150 alim, bu barədə gizli toplantı keçirib. Toplantının bəzi detalları xarici mənbələrdə yayımlanıb. Məlumata görə, alimlər yarım əsrdən çoxdur ki "İnsan geni layihəsi" çərçivəsində  araşdırmalarını davam etdirir. Və nəhayət, onlar nəticə əldə etməyə çox yaxınlaşıb.
Bildirilir ki, alimlər insan DNK-sını əmələ gətirən əsas elementləri dəyişdirərək sintetik yeni gen əldə etmək niyyətindədir. Yeni genlər labaratoriya şəraitində təkrar DNK-ya əlavə ediləcək. Əldə olunan yeni DNK kodlarının embrionlara yerləşdirilməsi nəticəsində isə alimlərin ifadə etdiyi kimi  "super insan" yaratmaq mümkün olacaq. Dünyaya gələcək yeni insanlar digərlərindən gücünə, zəkasına, bacarığına, görünüşünə və digər xüsusiyyətlərinə görə xeyli üstün olacaq.
Artıq layihəyə bəzi qurumlar da dəstək verir. Bunun üçün 100 milyon dollar vəsait toplanıb. Layihə uğurla başa çatarsa, 20 ildən sonra biz cəmiyyətdə "super insan"lara rast gələ biləcəyik. Bildirilir ki, "super insan"ların yaradılması olduqca çox vəsait tələb edəcək. Yəni hər ailə övladının "super insan" olmasını reallaşdıra bilməyəcək.
Bəzi alimlər isə  "super insan"ın yaradılmasına qarşı çıxır. Onların sözlərinə görə, yeni formalı insanların dünyaya gəlməsi cəmiyyətdə təbəqələşmə yaradacaq. Üstəlik, bu yeni xəstəliklərə də yol aça bilər. 
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1168 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__20566189 (Əlavə edilib: 22.11.2016 20:39:05)
Allahin yaraddi1larinı niye mehv edirsiz ??
Müəllif:Qonaq__16705590 (Əlavə edilib: 29.06.2016 15:10:54)
Bu insanlar ALLAHA şərik qoşurlar.Bu nə düşüncədir?

Öz şərhinizi yazın

Bağla
.....