Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Çox soyuq və ya şox isti maye içərkən bunu nəzərə alın

Shagird.az - Çox soyuq və ya şox isti maye içərkən bunu nəzərə alın (No description)- Maraqlıdır

Yay aylarında, yoran istilərdə əsasən soyuq su çox içilir. Soyuq suyun zərərləri nələrdir, məhz elə bundan danışaq. Tərləmək səbəbilə bədəndəki su nisbəti %1 azalması nəticəsində susuzluq hissi ortaya çıxır. Bu susuzluğa görə boğaz quruyur və insan birbaşa soyuq su içmək istəyir. Bu sağlamlığa mənfi istiqamətdə təsir göstərir üst tənəffüs həssaslığı olan şəxslərdə xəstəliyə səbəb olur. Bir nəfəsə soyuq su içmək əvəzinə kiçik bir çay stəkanı ilə su içilməli və su bir dəqiqəlik bir zaman dilimində içilməlidir.
 
Bir stəkan su pnevmoniya yarada bilər!
 
 Orqanizm hüceyrələrinin həddən artıq istiyə və soyuğa qarşı dözümlüyü olmadığı üçün və içilən içkilərin həddindən artıq soyuq olması halında hüceyrələr özünü mikroblara qarşı müdafiə edə bilmir və ya öldüyü görülür.
 
Bu səbəblə soyuq içkilərin istehlakı ağciyər, badamcıq vəzisi, mədə kimi orqanların iltihablanması və pnevmoniya xəstəliyinin yaranmasına səbəb olur.
 
Yay aylarında hava temperaturunun artışı ilə birlikdə insan bədəni də buna bağlı olaraq temperaturunu artırmaq ehtiyacı duyur. Vücuddakı temperaturun tənzimlənməsi üçün orqanizmdə tərləmə, hərarət basma kimi prosesslər meydana gəlir. Orqanizmin daxili mühitinin soyudulması prosesi, insana, soyuq bir şey içmək və ya sərin bir şəraitdə oturma ehtiyacı hiss etdirir və bu kimi hallarda çox diqqətli olmağınız lazımdır. Orqanizm hüceyrələrinin nizamını pozmayacaq istilik dərəcəsində içkiləri için. Çünki hüceyrələrin həddən artıq istiyə və ya həddindən artıq soyuğa qarşı dözümləri sonsuz deyil. Çox soyuq su və ya buzlu içki içdikdə, həddindən artıq soyuq yeməklər yeyəndə, bu maddələrin təmas etdiyi toxuma hüceyrələrinin quruluşu pozulur. Bu hüceyrələr ölür və ya yarasız hala düşür. Bu halda bədənin, mikroblara qarşı özünü müdafiə etməsi və funksiyalarını davam etdirməsi mümkün ola bilmir. Həmin bu mikroblar üçün çoxalma şəraiti yaranır. Badamcıq vəzisi, mədə, sidik yolu, ağciyər kimi orqanların iltihaplanması bu səbəblə ortaya çıxır.
 
Çox tərli ikən diqqətli olun
 
Mikroblu şəraitlərdə yaşadığımıza görə həddən artıq soyuq içkilərin, bu kimi xəstəliklərin yaranması hər zaman mümkündür. İnsan orqanizmi çox tərli və hərarətli olduğu zaman həddindən artıq soyuq içki və qidaların qəbulu xəstəliyə tutulmasını daha asanlaşdırır. Bu səbəblə ağciyər, həzm sistemi, böyrək, mərkəzi sinir sistemi, menenqit kimi xəstəlikləri ola bilər. Bir stəkan soyuq suyun ehtiyatsız və ya bir nəfəsə içilməsi ilə insan pnevmoniya da ola bilər. Hətta illərlə davam edən mədə xəstəliyinə tutula bilər.
 
Soyuq içkilər bir nəfəsə içilməməlidir
 
Soyuq içkilərin, ağızda bir müddət isidilərək udulması ən sağlam yoldur. Ağızda saxlanılan suyun bir az qızması təmin olunmuş olur. Beləliklə hüceyrələr zərər çəkmədiyi kimi vücud sağlamlığı da təhlükə altında qalmaz.
 
İsti havaların hökm sürdüyü bu günlərdə içilən içkilərə diqqət etmək lazımdır. Əks halda müxtəlif xəstəliklərə şərait yaranmış olur.
 
İsti havalarda orqanizmin su itkisi olduqca çox olur və bol-bol maye qəbulu lazım gəlir. Lakin bu içkilərin temperaturu tənzimlənməlidir. İçkilər nə çox isti, nə dəsoyuq olmalıdır. Çünki birdən qəbul edilən çox soyuq və isti içkilər bədənin nizamını pozaraq sağlamlığımıza mənfi təsir göstərir. Bunun nəticəsində müxtəlif xəstəliklər ortaya çıxır. Xüsusən kontinental iqlimin yerləşdiyi bölgələrdə gecə və gündüz arasındakı temperatur fərqləri çox olduğuna görə bol meyvə və tərəvəz yeyilməsi tövsiyə edilir.
 
İsti çay, boğaz xərçənginə səbəb olur
 
Havaların isti keçməsinə baxmayaraq, bir çox bölgədə çay ən çox istehlak edilən içkilər arasında yer alır. Çayın faydaları ilə birlikdə bəzi zərərləri də var. Çox dəmli və isti içilməsi halında boğaz yolunda xoşagəlməz xəstəliklər ortaya çıxa bilər. Yayın ən isti günlərini yaşadığımız bu günlərdə çox isti və dəmli çay içilməməlidir. Əslində bu digər yemək və içkilər üçün də eynidir. Çox isti çay, boğaz quruluşunda şişmələrə gətirib çıxaracağı bilinməlidir. Bundan başqa çay kimi isti yemək və içkilər yemək borusu xərçənginə yol açır. Çayın bir xüsusiyyəti var ki, o da qaynadıldığına görə mikroblardan təmizlənmiş olmasıdır. Bu da insan sağlamlığı baxımından son dərəcə faydalıdır.

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 779 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__18684213 (Əlavə edilib: 27.06.2016 16:51:40)
superdi

Öz şərhinizi yazın

Bağla
.....