Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Övladınızın tərbiyyəsinə cavabdeh olan tək bu qulaqcıqları alın

Shagird.az - Övladınızın tərbiyyəsinə cavabdeh olan tək bu qulaqcıqları alın (No description)- Maraqlıdır

Ötən il "Apple Music" layihəsi ilə xeyli uğur əldə edən "Apple" şirkəti bu dəfə daha qeyri-adi texnologiya üzərində işləyir.

Şirkət "söyüş eşitməyən" qulaqcığın patentini alıb. Yeni qulaqcıq istifadəçinin seçiminə əsasən mahnılardakı istənilməyən sözləri, əsasən də söyüşləri müəyyən edib siləcək. Qulaqcıq silinən sözlərin yerinə başqa kəlimələr əlavə etmək iqtidarına da sahib olacaq. Bu qulaqcıqdan audio formatındakı kitabları dinləyərkən də eyni məqsədlə istifadə etmək olacaq.

Deyilənə görə, şirkətin məqsədi, mahnıların uşaqlara və gənclərə mənfi təsir etməsindən şikayətlənən valideynlərin tələbini qarşılamaqdır.

Bir çox  icadını patentləşdirsə də satışa çıxarmayan şirkətin bu qulaqcığı istehsal edib-etməyəcəyi açıqlanmayıb.

publika.az

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 577 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17534631 (Əlavə edilib: 17.04.2016 11:00:38)
Masalli
Müəllif:Qonaq__15697342 (Əlavə edilib: 14.04.2016 16:12:49)
əladir

Öz şərhinizi yazın

Bağla
.....