Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu duşla suya qənaət edəcəksiniz

Shagird.az - Bu duşla suya qənaət edəcəksiniz (No description)- Maraqlıdır
 
Fransa alimləri su sərfini 25 faiz azaltmağa imkan verən duş sistemi işləyib hazırlayıblar. Gözlənildiyinə görə, duş bu ilin fevral-mart aylarında satışa çıxarılacaq. Yenilik Las-Veqasda “Consumer Tecnology Association” (CES) cəmiyyətinin konfransında nümayiş etdirilib.
Shagird.az - Bu duşla suya qənaət edəcəksiniz (No description)- Maraqlıdır

“Hydrao Smart Shower” adlandırılan “ağıllı” duş Fransanın “Start&Blue” şirkətinin məhsuludur. İşıq-diod indikatorların rəngi su işləndikcə dəyişir. Su sərfi 50 litrə çatanda isə qırmızı işıq yanır və proseduru bitirmək vaxtının çatması barədə xəbərdarlıq edir. Şirkətin məlumatına görə, təqribən min ədəd birinci nəsil “Hydrao” duş sistemi satılıb. Bu sistem su sərfini 25 faiz azaltmağa imkan verib. Su sərfini iOS və Android platformalarındakı əlavələrin köməyi ilə də izləmək mümkün olacaq.

Şirkətin rəsmi nümayəndələri bildiriblər ki, “ağıllı” duşun pərakəndə satış qiyməti 99 dollar olacaq.

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 756 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17221146 (Əlavə edilib: 11.04.2016 21:44:42)
yamand yaxsi olar o qeder qozel seyler qala qala bunu qetirmezle mence bizimkiler bir birinin ayaqinin altini qazmaqla mesquldur
Müəllif:Qonaq__17075651 (Əlavə edilib: 23.03.2016 21:59:12)
cox yaxsi.bele seyleri bizim olkeye getirseler ela olar.

Öz şərhinizi yazın

Bağla
.....