Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Dünya dillərindən ən maraqlı faktlar

Shagird.az - Dünya dillərindən ən maraqlı faktlar (No description)- Maraqlıdır

Hazırda dünyada 7000 dilin istifadə olunduğunu və hər 2 həftədə bir bunlardan birinin yox olduğunu bilirdinizmi? Dünya dilləri haqqında 25 maraqlı faktı təqdim edirik:

1. Meksikadakı bu dil dünyada o dildə danışan iki nəfər bir-birindən küsüb deyə yox olmaq təhlükəsi ilə qarşı qarşıyadır.

2. Amerikanın yerli zuni qəbiləsinin dili yapon dilinə bənzəyir. Aparılan araşdırmalar yaponlar ilə zuni qəbiləsi arasında bioloji bənzərliklərin olduğunu da ortaya çıxarıb.

3. İspaniya ilə Fransa arasındakı dağlıq ərazilərdə danışılan bask dili, bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.

4. 11 rəsmi dilə malik olan Cənubi Afrika Respublikası başqa ölkələrdən daha çox rəsmi dilə sahibdir.

5. Roma papası rəsmi Twitter hesabından 9 dildə tweet atır. İspanca hesabı ən çox izləyici sayına malikdir.

6. 2454 fərqli dilə çevrilməklə ən çox dilə çevrilmiş kitab İncildir.

7. Ən çox tərcümə olunan ikinci kitab isə “Pinokkio”dur.

8. Dağıstanın Çarodin rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir feilin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır. (2010, siyahıyaalma).(Mənbə: Vikipediadan istifadə olunub)

9. İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan silbo dili sadəcə fitdən ibarətdir.

10. Türkiyənin Giresun ilinin Kuşköy ərazisində quşdili, fitlə xəbərləşmə hal-hazırda da mövcuddur.

11. Dünyada təxminən 7000 dildə danışılır.

12. Bunlardan 2400-ü yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

13. Əsasən hər 14 gündə bir, bir dil yox olur.

14. Dünyada danışılan dillərdən 840-ı (hardasa 7-də biri) sadəcə “bir” ölkədə istifadə edilir- Papua Yeni Qvineya.

15. “O” səsi fransızcada 13 fərqli şəkildə hecalanır.

16. “Klinqon” süni dilini yaradan dil professoru Mark Okrand bu dili oğluna öyrətməyə 3 il sərf edib. Oğlu bu müddətdə bildiyi hər şeyi unutmağa başlayıbmış.

17. Hollandiya yerlilərinin dili olan frisian, ingiliscə danışanların öyrənə biləcəyi ən asan dil hesab olunur.

18. Bir yapon olduqca çox ingilis sözü istifadə edərək onda ruhi pozuntu yaratdığına görə Milli Yayım Təşkilatını məhkəməyə verib.

19. Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.

20. Papua Yeni Qvineyadakı “Rotokas” dilinin əlifbasında sadəcə 11 hərf mövcuddur. Bu dünyadakı ən kiçik əlifbadır.

21. Ən böyük əlifba isə 74 hərfdən ibarət Kimer (Kamboca) əlifbasıdır.

22. Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.

23. İnsanlar başqa dildə aksentlə danışdıqları kimi işarə dilində də aksent var.

24. Vatikandakı ATM-lərdə (bankomatlarda) latın dilindən istifadə etmək mümkündür.

25. Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır. //Kulis.az

 

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1050 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17221146 (Əlavə edilib: 11.04.2016 21:51:08)
yaponkular daqa maraqlidir
Müəllif:Qonaq__16803992 (Əlavə edilib: 07.03.2016 11:48:59)
ela
Müəllif:Qonaq__16791544 (Əlavə edilib: 06.03.2016 15:18:03)
esseri

Öz şərhinizi yazın

Bağla
.....