Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu insan yemək yeyir ki, pul qazansın..

Shagird.az - Bu insan yemək yeyir ki, pul qazansın.. (No description)- Maraqlıdır

Cənubi Koreyada yaşayan bu gənc çox qəribə işlə məşğuldur. Məsələ burasındadır ki, internetdə Eodyd  ləqəbi ilə tanınan bu şəxsin işi  kamera qarşısında oturub qarşı tərəflə virtual formada yemək yeməkdən  ibarətdir.

Onun hər gün  bir neçə saat iştahla nahar və ya şam etməsi  internetdə onlayn şəkildə yayımlanır. Bu zaman gənc oğlanın yemək yeməyinə minlərlə insan öz fərdi kompüterindən və ya internet klublarından tamaşa edir. Bunun müqabilində isə qarşı tərəfdə oturanlar Cənubi Koreyalı gəncə sonradan həqiqi pula çevirə biləcəyi  virtual şarlar göndərirlər. O, bu yollala 250 min dollara yaxın qazanc əldə edib. Onlayn yemək yemək nümayişindən xeyli gəlir əldə edən gənc başqa bir işdə çalışmağa ehtiyac belə duymur.

Qeyd edək ki, Eodyd ləqəbli gənc kimi internetdə yemək yeməklə pul qazananların  sayı Koreyada artıq 3500 nəfərə çatıb. Bu işin bu qədər məşhurlaşmasına səbəb isə  Cənubi Koreyada evdə tək yaşayanların sayının son vaxtlar çoxalmasıdır. İnsanlar evdə tək yemək  yeməkdənsə virtual masa yoldaşı ilə göz-gözə oturub şam etməyi daha məqbul sayırlar.

Mənbə: http://www.bizimyol.info

Dostlarınızla paylaşın!

Bu səhifə 654 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15195830 (Əlavə edilib: 15.02.2016 20:37:32)
men bu isle mesqul olmagi meqbul saymiram

Öz şərhinizi yazın

Bağla
.....