Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Kompyuterlə insanın yeni sintezi!?

Shagird.az - Kompyuterlə insanın yeni sintezi!? (No description)- Maraqlıdır

ABŞ Müdafiə Nazirliyinə tabe olan araşdırma qurumu DARPA (Defense Advanced Research Projects Agency) önəmli bir texnologiya üzərində çalışdığını açıqlayıb.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, araşdırma agentliyi beyinlə kompüteri əlaqələndirən qurğu hazırlayır. Texnologiya beyin-maşın interfeysi (BMI) sisteminə əsaslanır.

BMI insan bədəninə yerləşdiriləcək bir çiplə rəqəmsal cihazları yönəltməyə imkan verir.Xırdaca qənd böyüklüyündəki cihaz neyronlar arasındakı bioloji siqnalları rəqəmsal siqnallara çevirəcək. Beləliklə, insan əl vurmadan, sadəcə, düşünməklə smartfon, kompüter, planşet və başqa elektron qurğuları çalışdıra, istədiyi əməliyyatı apara biləcək. Məsələn, düşüncəndən kiməsə zəng etmək keçirsə, qurğutelefon kitabçasından onu tapacaq və telefon bağlantısı quracaq.

Cihaz DARPA-nın "Neural Engineering System Design" (NESD) layihəsinin bir hissəsidir. Layihə ABŞ prezidenti Barack Obama-nın dəstəklədiyi "beyin təşəbbüsləri" proqramı çərçivəsində gerçəkləşdirilir.

Bu yeniliyin özəlliklə əlillərə çox faydalı olacağı gözlənilir.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 554 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15732989 (Əlavə edilib: 06.02.2016 16:37:37)
Heqiqeten de çox qeribedi

Öz şərhinizi yazın

Bağla
.....