Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Yaponiyada təhsilə verilən BÖYÜK dəyərin bir nümunəsi

Shagird.az - Yaponiyada təhsilə verilən BÖYÜK dəyərin bir nümunəsi- Maraqlıdır

 Yaponiyada cəmi bir sərnişin üçün dəmir yolu stansiyası fəaliyyət göstərir.

ATV.az xəbər verir ki, Dəmir Yolları Şirkəti Hokkaydo adasında, ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib gələ bilsin.   

Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.

Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır – gimnaziya tələbəsi dərsə gedəndə və qayıdanda…

Qeyd edək ki, bu stansiya bir müddət çoxsaylı sərnişinlərə xidmət edib. Lakin Kami-Şirataki ucqar nöqtə olduğundan sakinlər tədricən həmin ərazini tərk ediblər. Bu səbəbdən də nəqliyyat xidmətlərinə xitam verilib.

Ancaq Hokkaydonun bir sakini – gimnaziya tələbəsi hər gün məktəbə gedib-gəldiyindən Dəmir Yolları Şirkəti bu məktəbliyə görə stansiyanın fəaliyyətini dayandırmayıb.

Yaponiya mətbuatının yazdığına görə, Dəmir Yolları Şirkəti nəinki stansiyanı bağlamır, hətta məktəbliyə görə ən ucqar stansiyaya gedən qatarı gimnaziya tələbəsinin dərsə getməsinə və geri qayıtmasına uyğunlaşdırıb. Qatarın hərəkət sxemi məktəblinin vaxtına uyğunlaşdırılıb. Şagird məktəbə gedəndə qatar stansiyaya yaxınlaşır. O, günorta dərsdən qayıdanda isə məktəblini stansiyaya gətirir. //Publika.az

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 1069 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15992010 (Əlavə edilib: 22.01.2016 21:20:51)
bu menem
Müəllif:Qonaq__15976122 (Əlavə edilib: 21.01.2016 22:25:56)
HALALA OLSUN gor tehsile ne qeder deyer verirlere bizimde qesebede qesebeler arasi marsurutlar olsaydi ela olardi bilireme olan deyil amma yenede arzumdur
Müəllif:Qonaq__15440788 (Əlavə edilib: 21.01.2016 19:56:41)
Vətəndaşa edilən hörmətin bariz nümunəsi.
Müəllif:Qonaq__15772359 (Əlavə edilib: 14.01.2016 11:24:37)
yaponlara baxiram sonra conub ozumuze baxanda tessuf hissi kecirirem.

Öz şərhinizi yazın

Bağla
.....