Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Tamamilə görməyənlər də görə biləcəklər - YENİ ixtira

Shagird.az - Tamamilə görməyənlər də görə biləcəklər - YENİ ixtira (No description)- Maraqlıdır

2016-cı ildə Monaşa Universitetində çalışan avstraliyalı alimlər tərəfindən görmə qabiliyyətini tamamilə itirmiş insanlar üzərində süni gözün köçürülməsi əməliyyatı aparılacaq. Süni görmə sistemi təsviri bilavasitə beyinə ötürəcək.  
"ICTnews" elektron xəbər xidməti "vesti.ru" resursuna istinadən xəbər verir ki, innovativ sistem daxili kamera ilə təchiz edilmiş eynək formasında hazırlanıb və real dünyadakı təsviri yığcam videoprosessora göndərir. Bu qurğu isə öz növbəsində təsvirin bəzi hissələrini "ələ keçirərək" onu beynin görməyə cavabdeh bölməsində yerləşdirilmiş 11 ötürücü qurğuya (hər birində 43 elektrod mövcuddur) ötürür.   
Sözügedən texnologiyanın yaradıcısı Artur Lourinin sözlərinə görə, hər bir elektrod kompüter monitorundakı piksellə müqayisə edilə bilən işıq nöqtəsi əks etdirə bilər. Ümumiyyətlə isə, ötücü qurğular 500 işıq nöqtəsi əks etdirə bilər ki, bu da insan gözünün imkanından (1-2 milyon piksel) dəfələrlə azdır. Amma sadə təsvir yaratmaq üçün 500 işıq nöqtəsi kifayətdir.  
"Prosessor – minimum informasiyadan istifadə etməklə mürəkkəb vəziyyəti əks etdirən karikaturaçı kimidir" – deyə Louri fikrini bölüşüb.

Emil Hüseynov

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 662 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__15947815 (Əlavə edilib: 20.01.2016 15:39:17)
Allah hamiya komek etsin amin
Müəllif:Qonaq__15374129 (Əlavə edilib: 25.12.2015 10:30:15)
menim fikrimce bu yawi ideadir
coh gozel men bunu beyendim
bir sozle LIKE edirem
Müəllif:Qonaq__15197418 (Əlavə edilib: 21.12.2015 17:01:58)
insallah ugurlu olsun
Müəllif:Qonaq__14712879 (Əlavə edilib: 21.12.2015 16:26:57)
cox yaxsi.

Öz şərhinizi yazın

Bağla
.....