Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Nəyə görə Amerika Amerika adlanır?

 
Nəyə görə Amerika Amerika adlanır?Nəyə görə Amerika Amerika adlanır?
Həqiqətən də, nəyə görə məsələn,  Kolumbiya olmasın? Nəyə görə Amerikanı kəşf etmiş Xristofor Kolumb bu nəhəng  materikin adında əbədiləşdirilməyib? Çox güman ki, tarixin belə qərar qəbul etməsinin  səbəbi dahi dəniz səyyahının özünün Amerikanı Amerika hesab etməməsi olmuşdur.  Həyatının sonuna qədər (o 1506-cı ildə, yeni materikin kəşfindən 14 il sonra  ölmüşdür) Kolumb Asiyaya dəniz yolunu kəşf etdiyini güman edirdi. Amma başqa səyyah,  böyük Kolumbdan çox sonralar Cənubi Amerika sahillərində olmuş İtaliyalı                           Ameriqo Vespuççi bu torpaqların  Asiya yox, dünyanın yeni hissəsi olduğunu başa düşdü.
 
Nəyə görə Amerika Amerika adlanır? Nəyə görə Amerika Amerika adlanır?
Bu yeni hissəni o elə  Yeni Dünya  adlandırdı. Öz ehtimalı haqqında Vespuççi İtaliyadakı dostlarına yazdı. Onlar  da, əlbəttə, bu xəbəri gizli saxlamadılar. Beləliklə, yeni materik – Cənubi  Amerikanın kəşfi haqqında şayiələr kartoqraf (xəritəçi) M. Valdzembellerin  yaşadığı Fransanın San-Dye şəhərinə gəlib çatdı. O, 1506-cı ildə Cənubi  Amerikanın bir hissəsi əks olunmuş coğrafi atlas nəşr etdi və yeni kəşf olunmuş  ərazini Vespuççinin şərəfinə Ameriqo adlandırdı. "Lakin artıq bu ərazilər da  geniş tədqiq olunub və planetin dördüncü hissəsi kəşf edilib (birinci üçü –  Avropa, Asiya və Afrikadır)... mən bilmirəm ki, kim, niyə və hansı əsasla bu  hissəni onu kəşf etmiş Ameriqonun, yüksək bilik sahibi olan bir insanın adı ilə  adlandırmağı mənə qadağan edə bilər" – deyə Valdzembeller yazırdı.
                     Bax belə Amerika Amerika oldu.  Fransız kartoqrafının həmkarları sonralar yeni xəritələr tərtib edərkən  Ameriqonun adını əvvəl Mərkəzi Amerikaya, sonra isə Şimali Amerikaya verdilər.  
                     Əfsuslar olsun ki, bizim dövrümüzdə yeni torpaqlar kəşf etmək mümkün deyil,  amma yeni planetlər kəşf  etmək olar. Planet axtaranda da diqqətli olmaq lazımdır, ixtira olunmuş planetləri yenidən  tapmağa ehtiyac yoxdur.

Tərcümə etdi: Cambulat Əliyev

Mənbə: http://www.samoeinteresnoe.com

Dostlarınızla paylaşın!

Bu səhifə 2128 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__5307018 (Əlavə edilib: 29.11.2014 16:17:31)
super

Öz şərhinizi yazın

swf
swf
Bağla
.....