Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bankomatdan pul çıxarılarkən daha parola ehtiyac qalmayacaq

Shagird.az - Bankomatdan pul çıxarılarkən daha parola ehtiyac qalmayacaq (No description)- Maraqlıdır

«Citigroup» bankı «Diebold»un istehsalı olan yeni bankomatları sınaqdan keçirir. Yeni bankomatlar müştərinin gözünün qüzehi qişasını skan etməklə nağd pul çıxartmağa imkan verir. 
 
«The Wall Street Journal» internet nəşri yazır ki, nağd pulların çıxarılması üçün kredit kartlarından istifadə əvəzinə, yalnız bankın mobil tətbiqi quraşdırılmış smartfon və ya planşet lazım olacaq. Bundan sonra müştəri yaxınlıqda yerləşən bankomata yaxınlaşır, daha sonra istifadəçinin identifikasiyası üçün gözün qüzehi qişası skan edilir və bundan sonra bankomatdan nağd pulu çıxartmaq olar. Şirkətin nümayəndəsi əmin edir ki, bütün əməliyyat 10 saniyə vaxt alacaq. 

Xatırladaq ki, cari ilin iyulunda «MasterCard» elan etmişdi ki, payızda yeni sistemin sınaqlarına başlayacaq: «selfi»nin köməyi ilə internetdə alış-verişi ödəməyə imkan verəcək. Şirkət, həmçinin səs və ürək döyüntüsünün tanınması sisteminin köməyi ilə ödəniş avtorizasiyasını işə salmağı planlaşdırır.
 
Emil Hüseynov

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 506 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13159088 (Əlavə edilib: 24.11.2015 16:11:06)
Men pul kocurmey istyrem kartdan deyir0
Müəllif:Qonaq__14269140 (Əlavə edilib: 06.11.2015 21:04:50)
Çox gozəl!! Deməli texnalogiya bu qeder inkişaf edib?? Soyğunçular ahıl insanları soya bilmezler.
Müəllif:Gelecek_hekimi (Əlavə edilib: 06.11.2015 20:21:53)
Maraqlı icaddır birdən insanın gözü əməliyyatlı oldu və pul çıxartmaq vacibdir onda necə?

Öz şərhinizi yazın

Bağla
.....