Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bakteriyaların "danışmaq" qabiliyyəti var imiş!?

 

Shagird.az - Bakteriyaların "danışmaq" qabiliyyəti var imiş!? (No description)- Maraqlıdır

Biz bakteriyaları indiyə qədər tək hüceyrəli mikroorqanizmlər və ya bəsit canlılar olaraq tanımışıq. Ancaq bakteriyalar ilə bağlı gerçəkləşdirilən araşdırmalar onların o qədər də bəsit canlılar olmadıqlarını ortaya çıxarıb.

MilliAz a24.az-a istinadən xəbər verir ki, ABŞ-ın San-Diyeqo Universitetindən olan elm adamları bakteriyaların koordinasiya içində hərəkət edə bilmək üçün bir-birilərinə elektrik siqnalları göndərdiyini ortaya çıxarıb. Bakteriyaların bu əlaqələri isə insanlardakı sinir hüceyrələrinə bənzədilib.

San-Diyeqo Universitetinin araşdırmaçıları voltaja həssas floressensiya boyasından istifadə edərək apardıqları araşdırmada bakteriyaların bir-birilərinə iyon adı verilən elektrik yüklü potasyum parçaları göndərdiyini və bu şəkildə əlaqə qurduqlarını təsbit edib.

Mütəxəssislər, bu kəşfin bakteriyalarla olan savaşda, xüsusilə də antibiotiklərə qarşı dayanma gücünə sahib olan bakteriyaların sayının artdığı günlərdə insanlara yeni bir üstünlük təmin edə biləcəyi bildirilib.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 348 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....