Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Yeni 5-ci mobil operator kimdir?

Shagird.az - Yeni 5-ci mobil operator kimdir? (No description)- Maraqlıdır

Xeberler.az-a daxil olan məlumata görə, daha bir şirkət yaxın müddətdə Azərbaycanın mobil bazarına daxil olmaq istəyir. Belə ki, uzun müddət Azərbaycan bazarında SAZZ əmtəə nişanı ilə 4G Mobile Wi-MAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən AzQtel MMC mobil rabitə xidmətləri də göstərməyə hazırlaşır.

Əldə etdiyimiz məlumata görə, AzQtel yerli bazarda TD - LTE texnologiyası əsasında infrastruktur qurmağı nəzərdə tutur. Bunun üçün nəzərdə tutulan tezlik resurslarını da şirkət artıq əldə edib.

AzQtel artıq dünyada bu texnologiyanın inkişafı məqsədilə yaradılan GTİ ( Global TD-LTE İnitiative) cəmiyyətinin də üzvlüyünə qəbul edilib. Hazırda dünyanın 120 mobil operatoru bu qlobal cəmiyyətin üzvüdür. 2005-ci ildə rəsmi qeydiyyatdan keçən AzQtel şirlkəti 2008-ci ildən etibarən Azərbaycanda ilk genişzolaqlı simsiz İnternet xidməti göstərməyə başlayıb. 2009-cu ildə Azqtel şirkəti telekommunikasiya avadanlıqlarını istehsal edən transmilli ZTE şirkəti ilə müqavilə bağlayaraq ümumdünya şəbəkəsinə genişzolaqlı simsiz girişi təmin edən cihazları ölkəyə gətirib.

Shagird.az - Yeni 5-ci mobil operator kimdir? (No description)- Maraqlıdır

2010-cu ildə AzQtel şirkəti tərəfindən yaradılmış SAZZ əmtəə nişanı Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən yeganə operatordur. 2012-ci ildən etibarən AzQTel şirkəti Azərbaycanın regionlarına yönəldilmiş genişlənmə proqramını həyata keçirməkdədir.

Məlumat verdiyimiz kimi, Delta Telecom şirkəti də mobil rabitə xidmətləri göstərməyə hazırlaşır. Yeni mobil operatorların bazara daxil olması ilə bağlı mobil bazarda yeni situasiya formalaşdıracaq. Bəzi ekspertlər hesab edirlər ki, yeni mobil operatorların gəlişi mobil rabitə bazarında rəqabəti artıracaq. Mobil operatorlar və bəzi ekspertlər isə ölkədə internet bazasının Delta Telecom-da cəmləşdiyi və bütün mobil operatorların da Delta-dan internet aldığı üçün haqsız rəqabət yaranacağından ehtiyat edirlər.

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 407 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13870633 (Əlavə edilib: 19.10.2015 21:48:21)
Sazdan istifade exirik,qenaetbexsh ishlemir

Öz şərhinizi yazın

Bağla
.....