Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Şirkətlərin smartfonlarla nə problemi var?

Shagird.az - Şirkətlərin smartfonlarla nə problemi var? (No description)- Maraqlıdır

Lookout şirkətinin sifarişi ilə keçirilən tədqiqata əsasən, müəssisələrin təxminən dörddə üç hissəsi mobil qurğular, zərərli və ya boşluqlu mobil əlavələr, yaxud mühafizə edilməyən Wi-Fi bağlantılarına görə məlumat sızmasından ziyan çəkib.

Şirkət nümayəndəsi Aaron Kokerillinin sözlərinə görə, iri şirkətlərin 74 faizində informasiya sızması mobil qurğulardan istifadə edilməsinə görə baş verib ki, bu da təəccüb doğurmaya bilməz, çünki təşkilatlar təhlükəsizlik sistemlərinə çoxlu pul ayırır.  
 
Milli.Az ICTnews.az-a istinadən bildirir ki, tədqiqat zamanı texnologiya, maliyyə xidmətləri və emal sənayesi sahəsində çalışan 23 min əməkdaşa rəhbərlik edən 100 nəfər arasında sorğu keçirilib. Respondentlərin 82 faizi bildirib ki, əksər korporativ məlumatlardan smartfonlar vasitəsilə istifadə etmək olar. Rəyi soruşulanların 38 faizi qeyd edib ki, onların şirkətləri boşluqların olduğu mobil əlavələrə, 36 faizi saxta proqramlara, 30 faizi mühafizə edilməyən Wi-Fi bağlantılarına, 30 faizi qurğular vasitəsilə həyata keçirilən Jailbreak əməliyyatlarına, 28 faizi mühüm məlumatlara çıxışı olan əlavələrə, 15 faizi qeyri-rəsmi internet mağazalarından yüklənən proqramlara görə məlumat sızmasından ziyan görüb.
 
Verizon şirkətinin məlumatına görə, mobil qurğulardan korporativ məlumatların oğurlanması məqsədilə kiberhücumların həyata keçirilməsinin artımı hələ ki müşahidə edilmir. Verizon şirkətinin malik olduğu məlumat iri şirkətlərin 74 faizinin yuxarıda qeyd edilən mobil boşluqlardan ziyan görməsini təkzib edir. Verizon nümayəndələrinin sözlərinə görə, əlbəttə, mobil təhlükəsizlik sistemlərini nəzərə almamaq olmaz. Smartfonların cinayətkarların əlində əsas alətə çevrilməməsi bunun gələcəkdə baş verməyəcəyi kimi başa düşülməməlidir, - ekspertlər vurğulayıblar, - "SecurityLab yazır.
Milli.Az

Mənbə: http://news.milli.az

Dostlarınızla paylaşın!

Bu səhifə 141 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....