Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İnternet insanların yerişinə necə təsiri var?

Shagird.az - İnternet  insanların yerişinə necə təsiri var?- Maraqlıdır

Alimlərin araşdırmasına əsasən, yeriş zamanı telefondan istifadə (SMS yığmaq və ya oxumaq, veb səhifələrə baxmaqa, sosial şəbəkələrdən istifadə etmək) insan yerişinin dəyişməsinə səbəb olur.
 
"ICTnews" elektron xəbər xidməti “telekomza.ru” saytına istinadən bildirir ki, ABŞ-ın iki universitetindən olan tədqiqatçıların sözlərinə görə, belə yeriş addımların uzunluğunun, tezliyinin azalması, hər iki ayağın torpaq üzərində olması müddətinin çoxalması ilə səciyyələnir.
 
Tədqiqatçılar 18-50 yaş aralığında olan 30 nəfərdən xüsusi hazırlanmış maneələrdən ibarət yolla hərəkət etməyi və eyni zamanda SMS yığmağı xahiş ediblər. Onlar yeriş və başqa tipik elementlərin yavaşımasını qeydə alıblar.
 
Son zamanlar müxtəlif yerlərdə SMS yığan insanlar üçün xüsusi yollar yaradılır. Məsələn, Belçikanın Antverpen şəhərində belə yol var.
 
Emil Hüseynov 

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 201 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13736551 (Əlavə edilib: 13.10.2015 22:45:11)
mence bu gencler ucun mukemmel xidmetdir

Öz şərhinizi yazın

Bağla
.....