Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Gecə televizora baxanlara təhlükəli xəbər

Shagird.az - Gecə televizora baxanlara təhlükəli xəbər (No description)- Maraqlıdır

Gec saatlara qədər televizora baxmaq piylənmə və depressiyaya səbəb olur. İsveçli alimlərin araşdırması göstərib ki, gecə saatlarına qədər televizora baxanlar adətən şirniyyat qəbul edirlər. Bu da orqanizmin istirahət etməli olduğu bir vaxtda yüklənməsi ilə nəticələnir.

Qaranlıqda televizorun güclü işığı isə gözlərə və beyinə mənfi təsir edir. Hələ televizoru açıq unudaraq yuxuya getmisinizsə bunun acınacaqlı nəticələri ola bilər. Beyin yuxu zamanı melatonin hormonu ifraz edir ki bu da gecə qaranlıqda baş verməlidir. Hətta ən zəif işıq belə beyində işləmək əmri yaratdığından melatonin ifraz edilmir və siz dolayısı ilə yatmamış hesab olunursunuz.

Mütəxəssislərin məsləhətləri də var. Yatarkən mütləq və mütləq televizoru söndürün. Saat 12-dən sonra televizora mümkün qədər az baxmağa çalışın. Baxsanız da otaqda gecə lampası yandırın ki tək işıq mənbəyi televizor olmasın. Beləcə gözləri işıq şokundan qorumuş olarsınız.

Mənbə: http://sia.az

Dostlarınızla paylaşın!

Bu səhifə 731 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13776496 (Əlavə edilib: 15.10.2015 16:01:26)
mende siznen raziyzm

Öz şərhinizi yazın

Bağla
.....