Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İstənilən materialın kimyəvi tərkibini bununla təyin etmək su içmək kimi asan olacaq

Shagird.az - İstənilən materialın kimyəvi tərkibini bununla təyin etmək su içmək kimi asan olacaq- Maraqlıdır

İİsrailin “Consumer Physics” şirkəti materialların, o cümlədən ərzaqların, içkilərin, dərmanların kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verən miniatür skaner hazırlayıb.
 
Bildirilir ki, cihaz istənilən maddənin standart komponentlərini tanıya bilir. “SCiO” adlanan qurğunun hazırlanması üçün maddi vəsait dünya kompüter şəbəkəsində kollektiv maliyyələşdirmə üzrə saytların biri vasitəsilə toplanıb.
 
Şirkətin məlumatına görə, cihaz skaner şüasının yönəldiyi maddədə mayenin, karbohidratın və duzun tərkibini müəyyənləşdirə bilir. Proses analiz edilən obyektlə fiziki kontakt olmadan baş verir, nəticələr isə istifadəçinin smartfonunun ekranında göstərilir. Skan etmək üçün infraqırmızı diapazona yaxın şüadan istifadə olunur. Analiz məlumatları şirkətin qlobal məlumat bazasına ötürülür. Burada qurğuya çoxlu obyekt və materialları tanımağa imkan verən informasiya toplanır.
 
Qurğunun hazırlanmasının maliyyələşdirilməsi üçün "Consumer Physics” internetdə istifadəçilərə hələ hazır olmayan cihazının hər birini 250 dollara təklif edib. Tərtibatçılar 200 min dollar toplamağa ümid etsələr də, nəticədə 2,8 milyon dollardan çox vəsait yığılıb.
 
İsrail şirkəti “SCiO” skanerinin 2015-ci ilin sonunadək tədarükünə başlamağı planlaşdırır, - “TASS”  yazır.  

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 212 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....