Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Hansı yatmaq vərdişləri ziyan verə bilər?

Shagird.az - Hansı yatmaq vərdişləri ziyan verə bilər? (No description)- Maraqlıdır

İnsan həyatın 1/3 hissəsini yuxuda keçirir.

Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insanda müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, hansı pozalarda yatmaq olmaz:

- Qarın üstə başı yana çevrilmiş vəziyyətdə yatmaq. Bu vəziyyətdə onurğa arteriyası saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyanlıdır.

Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər pis işləyir, orqanizm oksigeni daha az miqdarda alır.

Nəhayət bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

- Bel üstə hündür yastıqda yatmaq. İnsanlar əsasən bu pozada televozora baxanda və ya kitab oxuyanda yuxuya gedir. Bu poza boyun fəqərələrinə çox mənfi təsir edir,  sinirlər, əzələlər, damarlar sıxılır. Nəticədə insan oyanandan sonra boyun nahiyəsində güclü ağrı hiss edir. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf edə bilər.

Həmçinin bu pozada "apnoe" kimi ciddi pozulmadan əziyyət çəkən insanlara yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində "apnoe" yaranır. "Apnoe" yuxuda nəfəsalmanın müvəqqəti dayanması deməkdir. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

- Bel üstə yastıqsız yatmaq. Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olunur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrılarına səbəb ola bilər.

Həmçinin bu poza insanda osteoxondrozun inkişafına səbəb ola bilər.

Həkimlərin fikirinə görə, bel üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumuşaq, nə də çox bərk olmamalıdır. Yastıq hündür olmamalıdır, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır.

Bel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin bu poza həzm proseslərinə kömək edir, üz dərisini qırışların əmələ gəlməsindən qoruyur.

Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara sol böyrü üstə yatmaq tövsiyə olunur.(saglamolun.az)

Mənbə: http://www.bizimyol.info

Dostlarınızla paylaşın!

Bu səhifə 483 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13161463 (Əlavə edilib: 04.10.2015 20:07:46)
men bu sehifeni cox beyenirem

Öz şərhinizi yazın

Bağla
.....