Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Telefonunuzla yaxşı rəftar edin yoxsa özünü PARTLADAR...

Shagird.az - Telefonunuzla yaxşı rəftar edin yoxsa özünü PARTLADAR...- Maraqlıdır

Gələcəkdə smartfonlar öz-özünə məhv ediləcək. Bu, elektronikanın ABŞ hakimiyyəti tərəfindən təklif edilən yeni inkişaf mərhələsidir. 

İKT.lent.az-ın "Internetua"ya istinadən xəbərinə görə, hakimiyyət bununla telefon oğurluğu ilə mübarizə aparmağı planlaşdırır. 

Bildirilir ki, ideyanın mahiyyəti telefonun kimin əlində olmasının onun özü tərəfindən müəyyənləşdirilməsidir. Məsələn, oğurluq baş verən zaman telefon avtomatik özünü məhv edəcək. İnsanın kimliyinin müəyyənləşdirilməsi üçün qurğu çoxlu fərdi xüsusiyyətlərdən yararlanacaq.
Smartfonlarda bu funksiyanın yaradılması ilə bağlı aparılan işə "Boeing" və "HRL Laboratories" şirkətlərinin mütəxəssisləri cəlb olunub. 2,5 il davam edəcək layihəyə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2,2 milyon dollar ayırıb.

Layihənin məqsədi smartfonların quraşdırılmış ötürücülərdən informasiya alaraq insanların profilini tərtib etməyə kömək edəcək neyromorf çipin yaradılmasıdır.

Mənbə: http://ikt.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 257 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Albert_Einstein_1 (Əlavə edilib: 02.10.2015 21:22:55)
Qısacası- telefonunuz oğrunun əlinə düşsə, getdi 500 manat:D
Bu yox, məsələn, oğurlanan telefonun internet vasitəsilə harada olduğunu müəyyənləşdirmək daha yaxşı olar.
Müəllif:Qonaq__13401586 (Əlavə edilib: 02.10.2015 18:27:59)
əladi

Öz şərhinizi yazın

Bağla
.....