Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Kefirin nə faydası var? (sağlamlığın mənbəyi)

Shagird.az - Kefirin nə faydası var? (sağlamlığın mənbəyi)- Maraqlıdır

Kefir ən faydalı pəhriz məhsullarından biri sayılır.

Kefirin vətəni Şimali Qafqazdır. Bu süd məhsulu ilk dəfə orada "icad etdilər". Maraqlıdır ki, uzun illər ərzində kefirin resepti gizli saxlanılırdı.

Kefir təbii süddən hazırlanır. Südə turşulu bakterilər əlavə olunur ki, nəticədə bu dadlı və faydalı məhsul alınır.

Tanınmış rus fizioloqu Meçnikov kefiri çox yüksək giymətləndirirdi və müalicəvi içki hesab edirdi. Meçnikov insanların qocalmasının səbəbini bağırsaqlarda gedən çürümə proseslərində görürüdü. Çürümə nəticəsində müxtəlif ziyanlı maddələr, zəhərlər əmələ gəlir ki, bu maddələr orqanizmi daim intoksikasiya edir (zəhərləyir). Nəticədə isə insan qocalır və onda müxtəlif xəstəliklər inkişaf edir. Kefir bağırsaqlarda gedən çürümə proseslərlə çox effektli mübarizə aparır, bağırsaqların mikroflorasını yaxşılaşdırır, orqanizmi cavanlaşdırır. Məhz bu səbəbdən daim süd məhsulları qəbul edən insan daha sağlam olur və daha gec qocalır.

Kefir orqanizmi təmizləyir, toksinləri, şlakları və digər ziyanlı maddələri xaric edir.

Kefir mikrobəleyhinə təsirə malikdir. Mədə-bağırsaq sistemi infeksiyaları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qida zəhərləmələrdən sonra həkimlər xəstələrə kefir qəbul etmək tövsiyə edirlər.

Kefir qəbizlik zamanı çox yaxşı kömək edir. Qəbizlikdən əziyyət çəkirsiznizsə, mütləq kefir qəbul edin.

Kefir immun sisteminə də müsbət təsir edir. Məsələ burasındadır ki, bağırsaqların mikroflorası immunitetlə sıx bağlıdır. Bağırsaqların xeyirli mikroflorası immun sisteminin hüceyrələrinin sintezində iştirak edir.

Kefir ödemləri azaldır, ürək əzələsinə müsbət təsir edir.

Kefir arıqlamağa çox yaxşı kömək edir. Bu səbəbdən bu məhsul bir çox pəhrizlərə daxil edilir. 1/2 çay qaşığı darçın əlavə olunmuş 1 stəkan kefir piylərin parçalanmasını sürətləndirir.

Bağırsaqlarınızı təmizləmək istəyirsinizsə, həftədə 1 dəfə 1 gün ərzində yalnız kefir qəbul edin. Gün ərzində 1 l kefir içmək olar. Bu sadə vasitə həm bağırsaqları təmizləyəcək, həm də bədən çəkisinin azalmasına kömək edəcək. Bunu hər həftə etmək lazımdır.

Kefir sinir sisteminə sakitləşdirici təsir edir. Yuxusuzluqdan əziyyət çəkirsinizsə, axşam yatmazdan əvvəl 1 stəkan kefir için. Bu daha tez yuxuya getməyə kömək edəcək.

Hamiləlik zamanı kefir ürəkbulanmasının qarşısını alır.

Kalsiumla zəngin olan kefir sümüklərin sağlamlığını qoruyur. Yaşlı insanlar mütləq kefir içməlidir. Kefir həm yaşlı insanlarda tez-tez əmələ gələn qəbizliklə mübarizə aparır, həm də osteoporozun (yaşlı insanlarda sümük toxumasının azalması) inkişafını ləngidir.

Kefir mədə şirəsinin turşuluğunun artması, pankreatit və xora xəstəliyi zamanı əks-göstərişdir.(saglamolun.az)

Mənbə: http://www.bizimyol.info

Dostlarınızla paylaşın!

Bu səhifə 447 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13428024 (Əlavə edilib: 01.10.2015 17:05:16)
indi hec marketde kefir tapmaq olmur
Müəllif:Qonaq__13413401 (Əlavə edilib: 30.09.2015 16:29:57)
tam raziyam amma mene ele gelir ki eyni zamanda ode de yaxsi tesir edir
Müəllif:Qonaq__13412086 (Əlavə edilib: 30.09.2015 14:41:41)
kefir neca duzaltmaq lazimdir
Müəllif:Qonaq__13410170 (Əlavə edilib: 30.09.2015 10:58:18)
man bu maqalaya musbat yanasiram ozumda hiss etmisam kefirin tasirini hamiyada tovsiya ediram.

Öz şərhinizi yazın

Bağla