Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Suda batmayan telefon istəyirsinizsə bunu alın...

Shagird.az - Suda batmayan telefon istəyirsinizsə bunu alın... (No description)- Maraqlıdır

ABŞ-ın 8 nəfərdən ibarət yeni yaradılmış “Comet” şirkəti suda batmayan unikal smartfonu təqdim edib.  

İKT.lent.az-ın "Internetua”ya istinadən xəbərinə görə, “Comet” adlanan qurğu “IPx7” sertifikasiyadan istifadə sayəsində sukeçirməzdir.

Smartfon 1 QHs takt tezlikli səkkiznüvəli "Snapdragon 810” prosessor, 4 Gb tutumlu operativ yaddaş, 16 meqapikselli əsas və ön kameralar, 128 Gb tutumlu yaddaş kartı, 1280 x 720 piksel təsvir ölçülü 4,7 düymlü ekran və 2800 milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib. 

“Android 5.1.1” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun ölçüləri 137.5 x 67.7 x 7.9 millimetr, çəkisi 120 qram təşkil edir. Smartfonda həmçinin müasir “Qlock” məlumat şifrləmə sistemindən istifadə olunub. 

“Comet” hazırda “Indiegogo” platforması əsasında vəsait toplamaqla məşğuldur. Mütəxəssislər layihənin inkişafına 1 milyon dollar toplamağı planlaşdırırlar. Kampaniyanın sona çatmasına 35 gün qalıb. 

Mənbə: http://ikt.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 422 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13210013 (Əlavə edilib: 29.09.2015 20:18:56)
qewey meqaleler yazin xaie

Öz şərhinizi yazın

Bağla