Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Hindistan WINDOWS-dan imtina edir

Shagird.az - Hindistan WINDOWS-dan imtina edir (No description)- Maraqlıdır

Hindistanda tezliklə hakimiyyət nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulan yerli istehsallı əməliyyat sistemi ölkə hökumətinin ixtiyarına veriləcək. 

İKT.lent.az-ın "Gearmix”ə istinadən xəbərinə görə, “Bharat Operating System Solutions” (BOSS) adlanan təhlükəsiz əməliyyat sistemi Hindistan Qabaqcıl Kompüter Texnologiyalarının İnkişafı Mərkəzi tərəfindən hazırlanıb. Sistemin artıq Hindistan ordusunda və digər dövlət strukturlarında uğurlu sınaqları keçirilib.   

Yeni əməliyyat sisteminin yaradılmasında əsas məqsəd Hindistanın İT infrastrukturunun müdaxilələrdən mühafizəsinin təmin edilməsi olsa da, bu, “Microsoft Windows” sistemindən dövlət müəssisələrində istifadəsini xeyli azaltmağa imkan verəcək. 

Hazırkı “BOSS” sistemi 2007-ci ildə buraxılan sistemin yenilənmiş versiyasıdır.

Mənbə: http://ikt.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 247 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13367889 (Əlavə edilib: 27.09.2015 22:53:00)
gence

Öz şərhinizi yazın

Bağla
.....