Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu insan kalkulyator əvəzidir

Shagird.az - Bu insan kalkulyator əvəzidir (No description)- Maraqlıdır

Orta məktəbdə oxuyan şagirdlər üçün ikirəqəmli ədədlərin kvadratını  şifahi hesablamaq müəyyən mənada uğur kimi qəbul edilir. Hindistanda isə bir gənc qız öz riyazi hesablama bacarığı ilə hətta professorlarını geridə qoyub. Bhavanai Konduru adlı tələbə 21 rəqəmli ədədin kvadratını qısa zamanda hesablamaqla dünya rekordu vurub.

Adi halda 3 rəqəmli ədədlərin kvadratının hesablanmasını izah etmək belə  yarım saat vaxt aparır. Bhavani isə 21 rəqəmli ədədin kvadratını cəmi  4 dəqiqə 48 saniyədə  hesablaya bilib. O bütün vurma əməlini beynində, hesablayıcıların köməyi olmadan  aparıb. Halbuki müxtəlif  hesablama maşınlarında belə bu qədər çox rəqəmli ədədin kvadratını hesablamaq mümkün olmur.

Apardığı hesablamanın nəticəsini vərəqə yazan Bhavaninin hesablamanı düzgün aparması daha sonra riyaziyyatçılar tərəfindən də təsdiqlənib. Bu göstərici ilə dünya rekordu vuran hindli qızın bacarığı ölkədə geniş müzakirə olunub.

ATV.az

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 375 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__17375703 (Əlavə edilib: 23.05.2016 15:49:40)
Bundan elasi ola bilmez
Müəllif:Qonaq__13394183 (Əlavə edilib: 01.10.2015 17:29:39)
Super
Müəllif:Qonaq__13350424 (Əlavə edilib: 27.09.2015 00:23:19)
eladir

Öz şərhinizi yazın

Bağla
.....