Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Çirkab suyu içməli edən möhtəşəm qurğu yaradıldı

Shagird.az - Çirkab suyu içməli edən möhtəşəm qurğu yaradıldı (No description)- Maraqlıdır

Barmaq boyda ixtira dünyanın xilaskarına çevrilib...

Belə ki, hər yerə götürülə bilən, adi pipedə bəzəyən filtr, bir dəqiqə ərzində 2 litr kirli suyu içiləcək hala gətirə bilir. İstifadə müddəti 1 il olaraq hesablanan bu texnika, Danimarka mənşəli “Vestergaard Frandsen Group” şirkəti tərəfindən hazırlanıb.

İctimai məsuliyyət xarakterli bu yeni filtirin köməyi ilə suda olan bir çox xəstəliklər (uşaq iflici, dizenteriya, xolera, streptokok, tifo, tifüs və s.) cəmi 1 dəqiqədə məhv edilir.

Bu texnologiya yeni bir çağ yaradacaq

İçməli su sıxıntısı çəkən coğrafi bölgələrdə kirli su qaynaqlarından (yağmur suyu, çay suyu və b.) təmiz su ehtiyacını qarşılamaq üçün bu kəşfdən istifadə edilə bilər. Bu baxımdan ixtira Afrika qitəsi, ya da coğrafi anlamda su problemləri olan ölkələrdəki insanları susuzluqdan qurtarmaq üçün  böyük addım hesab olunur. 

Eyni zamanda kəşf qlobal istiləşmə nəticəsində ortaya çıxa biləcək su qıtlığına qarşı da yaxşı bir tədbir vasitəsi olaraq qəbul edilir.

Shagird.az - Çirkab suyu içməli edən möhtəşəm qurğu yaradıldı (No description)- Maraqlıdır

Shagird.az - Çirkab suyu içməli edən möhtəşəm qurğu yaradıldı (No description)- Maraqlıdır

 

Natavan ÇAVUŞ

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 300 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13338593 (Əlavə edilib: 26.09.2015 10:52:43)
Çox əladı

Öz şərhinizi yazın

Bağla
.....