Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu superkompüter xəstənin nə vaxt öləcəyini təyin edir…

Shagird.az - Bu superkompüter xəstənin nə vaxt öləcəyini təyin edir…- Maraqlıdır

ABŞ-da xəstənin ölüm tarixini 96% dəqiqliklə müəyyənləşdirə bilən superkompüter yaradılıb. Kompüter xəstənin sağlamlığına dair göstəriciləri son 30 ildəki 250 min pasiyentin göstəriciləri ilə müqayisə edir və nəticəyə gəlir.   

İKT.lent.az-ın BBC-yə istinadən xəbərinə görə, superkompüter Bostondakı “Beth İsrael Deaconess Medical” tibbi mərkəzində hazırlanıb. “Əgər kompüter sizə 30 gün ərzində öləcəyinizi deyirsə, böyük ehtimalla elə olacaq”, - deyə mərkəzin doktoru Stiv Hornq (Steve Horng) söyləyib. 

Sistem hazırkı və keçmiş 250 min pasiyent haqqında məlumatları özündə saxlayır və palatalardakı xəstələrin durumunu 3 dəqiqədən bir fiksasiya edir. Hər hansı xəstə öz ölüm tarixini öyrənmək istəsə, həkimlər onun xəstəlik tarixçəsini təhlil və hazırkı məlumatlarla müqayisə edərək proqnoz verə bilirlər. “Əgər siz bizə müraciət edirsinizsə, biz sizin haqqınızda bütün məlumatları, o cümlədən əvvəlki və hazırkı durumunuza dair bilgiləri toplayacağıq. Biz bu informasiyaları oxşar xəstəliklərdən əziyyət çəkən digər pasiyentlərin göstəriciləri ilə müqayisə edəcəyik və sizi gələcəkdə gözləyən aqibəti söyləyə biləcəyik”, - deyə Hornq bildirib. 

Ölüm tarixini söyləmək üçün həkimlər kompüterdən istifadə etməməyə çalışırlar, cihazın əsas təyinatı düzgün diaqnoz qoyulmasıdır. Pasiyentlər haqqında məlumatlara əsaslanaraq sistem adi həkimin görə və müəyyən edə bilmədiyi, ya da gec müəyyən etdiyi xəstəliyi üzə çıxarmağa qadirdir.      

Superkompüter Bostondakı tibb mərkəzinin istifadə etdiyi yeganə innovasiya deyil. Mərkəzin həkimləri Google Glass eynəklərindən də istifadə edir ki, bu da kağızlara, yaxud kompüterə baxmadan pasiyentin xəstəlik tarixçəsini dərhal öyrənməyə imkan verir. Hər palatanın qapısına QR-kod qoyulub və orada içəridə yatan pasiyentin məlumatları əksini tapıb. Palataya girərkən həkim Google Glass vasitəsilə həmin şəxsin xəstəlik tarixçəsini görür. Bu, tibbi yardımın göstərilməsi prosesini xeyli tezləşdirir.  

Mənbə: http://ikt.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 270 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13227594 (Əlavə edilib: 20.09.2015 13:03:37)
Bu superdiki

Öz şərhinizi yazın

Bağla
.....