Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Təbiət Google-a 4 qat bərbə vurdu

Shagird.az - Təbiət Google-a 4 qat bərbə vurdu (No description)- Maraqlıdır

İnternet nəhəngi Google təbii fəlakət səbəbindən istifadəçilərin məlumatlarının bir hissəsinin həmişəlik itirildiyini elan edib. 

Şirkətin press-relizində bildirilir ki, 4 ardıcıl ildırım Google-un Belçikadakı data-mərkəzini zədələyib. 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, fəlakətin qurbanı Google-un Compute Engine servisi olub. 

Şirkətdən verilən məlumata görə, məlumatların yalnız 0.000001%-i həmişəlik silinib. Silinən məlumatların bu qədər az olması isə enerji təchizatının operativ bərpası və məlumatın daima təkrarlanması ilə bağlıdır. 

Ekspertlər əmin edirlər ki, bina ildırım vurması ehtimalı nəzərə alınaraq tikilib. Lakin ardıcıl bir neçə dəfə ildırım vurmasına tab gətirə bilməyib. 

“Data-mərkəzdə hər şey tellərlə bağlıdır və təəccüblü deyil ki, dördqat zərbə binanı zədələyib”,- deyə data-mərkəzdə avadanlıqların hazırlanması ilə məşğul olan Ceyms Uilman bildirib. 

Google öz mərkəzlərinin ildırıma qarşı təhlükəsizliyini artıracağını vəd edib. Bununla yanaşı şirkət istifadəçilərə öz məlumatlarının lokal nüsxəsini yaratmağı tövsiyə edib. 

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 400 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__11216984 (Əlavə edilib: 14.09.2015 12:17:55)
berbe olmaz eee zerbe olar

Öz şərhinizi yazın

Bağla
.....