Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

İçdiyimiz su haqqında bunları bilirsinizmi?

Shagird.az - İçdiyimiz su haqqında bunları bilirsinizmi? (No description)- Maraqlıdır

Ən sadə hesab etdiyimiz maddə olan su, əslində, özündə bir çox sirr saxlayır. Alimlər hələ də onu tədqiq edir və bu maddə haqqında yeni-yeni maraqlı məlumatlar əldə edirlər.

Dünyada ən təmiz su Finlandiyadadır.

Təzə və təbii su araşdırmalarında indiyədək 122 ölkə iştirak edib. Bununla belə, dünya üzrə bir milyard nəfər ümumiyyətlə təhlükəsiz suya çıxışa malik deyil.

Buz isti sudan daha tez əldə edilir.

Hansı su daha tez buza çevrilər: isti ya soyuq? Məntiqlə düşünsək, bu, əlbəttə ki, soyuq sudur. Axı, isti su əvvəlcə soyumalı, bundan sonra donmalıdır. Soyuğu isə soyutmaq lazım deyil. Lakin təcrübə göstərir ki, məhz isti su daha tez buza çevrilir.

Qeyd edək ki, bu maraqlı faktın cavabı hələ də mövcud deyil.

Su həyatın əsasıdır.

Bütün heyvanlar və bitkilər, hətta insan sudan ibarətdir: heyvanlar - 75%, balıqlar - 75%, meduzalar - 99%, kartof - 76%, alma - 85%, pomidor - 90%, xiyar - 95%, qarpız - 96%. Yeni doğulan körpələrin bədənində 86%, yaşlı insanlarda isə 50% su var.

Bununla belə, su həm də xəstəlik daşıyıcısıdır. O, yalnız həyat vermir, həm də onu alır: dünyada bütün xəstəliklərin 85%-i su vasitəsilə ötürülür. Hər il belə xəstəliklərdən 25 milyon insan ölür.

Ən çox içməli su buzlaqlardadır.

Ən çox su dünya okeanındadır. Lakin əslində, Yer mantiyasında suyun miqdarı dünya okeanındakından 10-12 dəfə çoxdur. Bununla belə, planetdə olan, demək olar, bütün su kütləsi içmək üçün yararsızdır. Biz yalnız 3% suyu içə bilərik; içməli su ehtiyatımız məhz bu qədərdir. Lakin bu 3%-in böyük hissəsi əlçatmazdır, çünki o, buzlaqlardadır.

Su dietadır.

Suyun köməyi ilə artıq çəki ilə mübarizə aparmaq olar. İçkilərdən yalnız sudan istifadə etməklə rasionun ümumi kalori miqdarını azaltmaq mümkündür. Çünki yalnız su içməkə insan əvvəla kalorili qazlı içkilər və şirələr içməyi dayandırır, həm də çay və qəhvədən fərqli olaraq, su içdikdən sonra insan şirniyyat yeməyə meylli olmur.

Su ürək tutması riskini azaltmağa imkan verir. Araşdırmalar zamanı alimlər müəyyən ediblər ki, gündə təxminən altı stəkan su içənlər gün ərzində iki stəkan su içən insanlardan daha az ürək tutması riski daşıyırlar.

İnsan susuz az müddət yaşaya bilər.

Suya tələbat okigenə olan tələbatdan sonra ikinci yerdə durur. İnsan qidasız təxminən altı həftə, susuz isə cəmi 5-7 sutka yaşaya bilər. İnsan bütün ömrü ərzində təxminən 35 ton su içir.

İnsaz susuz ölür. Əgər o, öz bədən kütləsindən 2% su itirirsə, susuzluq yaranır. Əgər itirilmiş su faizi 10-a çatırsa, o zaman insanda hallusinasiyalar başlayır. 12% su itirən insan həkim köməyi olmadan özünə gələ bilməz. 20% su itirən insan isə ölür.

Su pulsuz olduğu kimi, çox bahalı da ola bilər. Dünyada ən bahalı su ABŞ-ın Los-Anceles şəhərində satılır. Burada istehsalçılar balanslaşdırılmış dada və ph dəyərinə malik qiymətli mayeni Swarovski strazlı şüşə qablara doldururlar. Belə suyun bir litri 90 ABŞ dollarına satılır.

Yanan su da var

Təhlükəli su da mövcuddur. Belə ki, məsələn, Azərbaycanda tərkibində çoxlu metan olan su var. Buna görə də həmin suya kibrit yaxınlaşdırdıqda, o yana bilər. Siciliyada isə göllərdən birində onun suyunu zəhərləyən sualtı turşu mənbəyi var.

Dünya ensiklopediyası

Mənbə: http://www.bizimyol.info

Dostlarınızla paylaşın!

Bu səhifə 664 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:Qonaq__13055664 (Əlavə edilib: 09.09.2015 15:33:53)
bəli düzdür

Öz şərhinizi yazın

Bağla
.....