Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Facebook-un köməyi ilə ad gününə qonaqları dəvət etmək nə ilə nəticələnə bilər?

                   
                 
                 

The Telegraph qəzetinin  yazdığına görə: "14-yaşlı Britaniya məktəblisi Rebekka Cavelyu (Rebecca  Javeleau), Facebook-dan olan dostlarını öz doğum gününə dəvət etmək fikrinə  düşür. 10-15 nəfər dəvət etmək istəyən bu gənc qız bunun nə ilə nəticələnəcəyini  fikrinə belə gətirmirdi. Xırda bir diqqətsizlik nəticəsində 21 mindən çox insan onun ad günündə  iştirak etmək istəyini bildirir.                  

                                   
                   
                 
                 

Bu problemin səbəblərindən biri isə  Rebekkanın dəvətdə öz ünvanını və telefonu göstərməsi oldu. Qızın anası,  40-yaşlı  Treysi Layvsey (Tracey Livesey), artıq oktyabrın 7-nə təyin edilmiş əyləncə gecəsini ləğv edib. Amma  minlərlə insanın qonaq gələcəyi təhlükəsi real olduğundan, Harpenden şəhərinin  polisi qız yaşayan ərazidə patrullar  yerləşdirdi.
                   Gələn zənglərin həddindən artıq olması  qızın telefonunun Sim kartının dəyişməsinə səbəb oldu. Polisin Facebook-un administrasiyası  ilə əlaqə yaratmaq istəyi  bir nəticə vermədi.
                   Sonralar bu hadisə ilə əlaqədar Facebook-un administrasiyası  qeyd etdi ki, eyni qrupdan olan Facebook istifadəçiləri bir-birini dəvət  edərkən  dostlarının bir qismini və ya hamısını seçmək  imkanı var.
                   Beləliklə, əgər öz  ad gününüzə Facebook dostlarınızı dəvət etmək  istəyirsinizsə, ehtiyatlı olun, telefon nömrənizi və ya  evin adresini yazmayın. E-meyldən  istifadə etmək  daha təhlükəsizdir.                                                                              

Tərcümə etdi: Admin

Mənbə: http://www.rian.ru

Dostlarınızla paylaşın!

Bu səhifə 1993 dəfə baxılıb

Yazılmış sərhlər

Müəllif:professor_Xalid (Əlavə edilib: 12.11.2013 19:58:12)
aaaa,men olsaydim 1 milyon nefer cagirardim
Müəllif:quzum (Əlavə edilib: 04.11.2011 14:16:11)
men onsuzda facebooka ve ya diger sosial sebekelere girmekden xosum gelmir menasizdi menim ucun ona gore mene ferqi yoxdu

Öz şərhinizi yazın

Bağla
.....