Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Azərbaycanda istifadəçilər internetin hansı növündən istifadə edir?

Shagird.az - Azərbaycanda istifadəçilər internetin hansı növündən istifadə edir?- Maraqlıdır

Dövlət Statistika Komitəsi tərəfindən cari ildə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin qiymətləndirilməsi üzrə sorğu keçirilib.

İKT.lent.az-ın mincom.gov.az-a istinadən xəbərinə görə, sorğunun nəticələrinə əsasən, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 65-ə, kompüter istifadəçilərinin sayı isə  67.8-ə bərabərdir.

Ev təsərrüfatlarının 58.3%-də kompüteri var və ev təsərrüfatlarının 75.2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70.6% genişzolaqlı xətlə, 25.4% mobil telefonla, yalnız 3.7% modem (dial-up) vasitəsilə qoşulur.

Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dil-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Məlumat üçün bildirək ki, ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığının nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 Gb/s artırılaraq 330 Gbit/s-ə çatdırılıb. 

Eyni zamanda Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən “AzDataKom” şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması, e-xidmətlərin təkmilləşdirilməsi və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda “Azdatakom” şəbəkəsinin 3362 əhali, 1414 təşkilat abunəçisi var. 

Mənbə: http://ikt.lent.az

Dostlarınızla paylaşın!

Bu səhifə 412 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....