Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

Bu texnologiya gələcəkdə 3D-ni real hiss etməyə imkan verəcək

Shagird.az - Bu texnologiya gələcəkdə 3D-ni real hiss etməyə imkan verəcək (No description)- Maraqlıdır

Avropa İttifaqı tərəfindən maliyyələşən tədqiqatçılar qrupunun hazırladığı yeni ekran tipi barmaqla düz sensor ekrandan təsviri özünə doğru çəkərək məkanda onunla manipulyasiya etməyə imkan verir.

Formasını dəyişən ekran “GHOST” (Generic, Highly-Organic Shape-Changing Interfaces) adlı layihənin bir hissəsidir. Tədqiqat və işlənmələrə üç il vaxt sərf edilib. Bu layihədə Kopenhagen, Bristol, Lankaster və Eyndhoven universitetləri iştirak edib.
  
Yeni ekranda şüşə əvəzinə elastik sintetik material olan laykradan istifadə olunur. Dərinlik kamerası barmaqların vəziyyətini və ekrana toxunuş dərəcəsini qeydə alır.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, elastik ekrandakı təsvirə barmaqla toxunmaq, onu tutaraq ekrandan kənara çıxartmaq olar. Bu, ultrasəs levitasiya texnologiyasının sayəsində mümkündür.
 
Tədqiqatçılar bu texnologiyanın geniş tətbiq sahəsi haqda məlumat verirlər. Onlar bildirirlər ki, formasını dəyişə bilən ekranlar beş il sonra satışa çıxarılacaq. İndi alimlər bu texnologiyanın smartfonlarda reallaşdırılması üzərində işləyir.
 
Emil Hüseynov

Mənbə: http://www.ictnews.az

Dostlarınızla paylaşın!

Bu səhifə 339 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....