Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

"Selfi" çəkənlər bunlar bilməyə məcburdur....

Shagird.az - "Selfi" çəkənlər bunlar bilməyə məcburdur.... (No description)- Maraqlıdır

Rusiyada "selfi" çəkənlər üçün yaddaş kitabçası hazırlanıb.

Yeniyetmələr və gənclər arasında "selfi" çəkməyin həddən artıq populyarlıq qazanması Rusiya Daxili İşlər Nazirliyini bununla bağlı xüsusi yaddaş kitabçası hazırlamağa məcbur edib.

Kitabçada bəzi vəziyyətlərdə insanların öz şəkillərini çəkməsinin nə qədər təhlükəli olduğu barədə xəbərdarlıq edilir.

Yaddaş kitabçasında izahlı piktoqramlar yer alıb. Kitabçada "selfi" həvəskarlarının nəinki sağlamlığı, hətta həyatı üçün təhlükə törədən hadisələr nümunə göstərilir. Məsələn, nümunələrdə selfinin sükan arxasında, suda, binaların damında, yolda, dəmirolyunda, silahla və s. çəkilməsi məsələləri yer alır. /Trend/

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Bu səhifə 374 dəfə baxılıb

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.

Öz şərhinizi yazın

Bağla
.....